Ermənistan Türkiyədəki zəlzələdən Azərbaycana qarşı yararlana bilərmi?

12:12 16-02-2023 | icon 365 | Siyasət
Ermənistan Türkiyədəki zəlzələdən Azərbaycana qarşı yararlana bilərmi?

Fuad Əliyev: "Hücuma keçsələr, ordumuz layiqli cavablarını verəcək”

 

“Hesab etmirəm ki, zəlzələnin Qarabağ danışıqlarına mənfi təsiri olsun. Qarabağ danışıqlarında iki tərəf var-Azərbaycan və Ermənistan. Burada digər öz maraqlarını güdən ölkələr var".

 

Versus.Az xəbər verir ki, bunu Türkiyədə baş verən dəhşətli zəlzələnin proseslərə nə kimi təsiri ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin sözlərinə görə, ola bilər ki, kimsə hesab etsin ki, zəlzələ Türkiyəni bu məsələdən kənarlaşdıracaq, amma belə olmayacaq:

 

"Hesab edirəm ki, Türkiyə Azərbaycanla olacaq və heç nəyə baxmayaraq sona qədər bizi dəstəkləyəcək. Hətta müharibə olsa belə, bizi dəstəkləyəcək".

 

Bəzi ekspertlərin bu faciənin Ərdoğanın seçkilərdə iştirakına mənfi təsiri olacağı fikirlərinə də münasibət bildirən Fuad Əliyev bunu absurd yanaşma sayıb:

 

"Məlum məsələdir ki, zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət dövlət başçısı kimi Ərdoğanın üzərinə düşür. Hesab edirəm ki, o, bu dəfə də yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək. Ərdoğan vətəndaşlar arasında yüksək reytinqə malikdir və bu reytinqini qoruyub saxlayacaq. Bir də ki, Ərdoğan seçildi və yaxud seçilmədi, qardaş Türkiyə daimi Azərbaycanın yanında olacaq, necə ki, Azərbaycan Türkiyənın yanındadır. Ona görə ermənilər fikirləşməsin ki, Türkiyənin indiki durumdan istifadə edib, Fransadan, İrandan dəstək alıb, bizə hücum etsinlər. Hücuma keçsələr, ordumuz ermənilərə layiqli cavablarını verəcək”. 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...