Bryus Uillisə daha bir qorxunc diaqnoz qoyuldu

11:08 17-02-2023 | icon 531 | Şou-biznes
Bryus Uillisə daha bir qorxunc diaqnoz qoyuldu

Hollivud ulduzu Bryus Uillisə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub.

 

Bu barədə aktyorun ailəsi “Instagram” hesabında məlumat verib.

 

Bildirilir ki, 67 yaşlı Uillisə ötən ilin yazında nitq pozğunluğuna səbəb olan “afaziya” diaqnozu qoyulsa da, xəstəlik irəliləyib və indi diaqnozu dəqiqləşdirmək mümkün olub.

 

Həmçinin qeyd olunur ki, FTD 60 yaşdan yuxarı insanlar arasında ən çox rast gəlinən demensiya növüdür.

 

 

Yeri gəlmişkən, Britaniya Milli Səhiyyə Xidməti FTD-ni demensiyanın qeyri-adi forması hesab edir. Məlumata görə, xəstəlik davranışda, nitqdə dəyişikliklərinə səbəb olur, xəstələrdə hərəkətdə yavaşlıq və ya sərtlik, daha sonra sidik və defekasiya üzərində nəzarətin itirilməsi, əzələ zəifliyi inkişaf edir.

 

Uillisin ailəsi bu gün demensiyadan müalicənin olmamasına baxmayaraq, yaxın illərdə bunun dəyişə biləcəyini ümid etdiklərini bildiriblər.

 

Xatırladaq ki, ötən ilin martında Bryus Uillisin “afaziya” diaqnozu səbəbindən aktyorluq karyerasına son qoyduğu bildirilmişdi.

 

Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”), “Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına üç namizədlikdən ikisində laureat olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ