Təhlükəli təkliflər RƏDD EDİLMƏLİDİR

15:07 17-02-2023 | icon 549 | Siyasət
Təhlükəli təkliflər RƏDD EDİLMƏLİDİR

Türkiyə türkləri arasında sovrulmağımızın əleyhinəyəm

 

 

 

VÜQAR DADAŞOV
/AJB, AYB-nin üzvü, Qarabağ qazisi/

 
 

Nasir Şahbaz Xuduoğlunun doğma dilimizlə bağlı fikirləri ilə qəti razı deyiləm. Bəli, etiraf edək ki, Azərbaycan türkcəsinin inkişafında müəyyən problem və ləngimələr, eləcə də gərəkli dünya ədəbiyyatının, elmi mənbələrin ana dilimizə tərcüməsində aşkar boşluqlar var. Ancaq bu ona əsas vermir ki, biz “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil”.

 
 
Dilimizlə bağlı mövcud problemləri həlli üçün ən bəsit yoldan istifadə edərək milli fərqliyimizdən, kimliyimizdən, dilimizdən imtina etməliyik?! Azərbaycan xalqına, dövlətçiliyinə, atributlarına və əsasən də dilimizə ən böyük zərbə məhz zaman-zaman dilimizin, qrafikasının tez-tez dəyişdirilməsinin olduğunu heç kim inkar etməz və bu dəyişdirmələr nəsillər arasında uçurum yaratdı, dilimizin inkişafını ləngitdi və bu səbəbdən də dilimizlə bağlı indiki müəyyən problemləri yaşayırıq. Niyə biz problemləri və onu yaradan səbəbləri aradan qaldlrmaq əvəzinə, sadəcə dilimizdən imtina etməliyik. Sözsüz ki, belə təkliflər bəlkə də xoş niyyətli olsa da, nəticə etibarı ilə xalqımız üçün faciəli olacaq.
 
 
SSRİ dövründə bizi ruslaşdırmağa və asimliyasiya etməyə çalışırdılar, indi də bizi türk qardaşlarımız arasında sovrulmağımızı təklif edirlər.
 
 
Dövrümüzdə Azərbaycan türkcəsinin problemlərinin əsas səbəblərindən biri kimi təbii ki, ölkəmizdə rus dili məktəblərlə və onun yaratdığı fəsadlarla bağlıdır. Dəfələrlə bu haqda yazsaq da, desək də rus dili bizim dilimizin inkişafına mənfi təsir edir - bunu anlamamaq mümkün deyil, ancaq lazımi qərarlar verilmir ki verilmir. Rus dilində bütün dünya ədabiyyatının olmasını əsas gətirənlər bilməlidirlər ki, dilimizdə də həmin ədəbiyyatın olmaması elə rus dilinin "hakim" mövqe səbəbidir.
 
 
Qaldı Türkiyəyə, onun türkcəsinə, türk ədəbiyyatının və elmin inkişafına, qeyd etməliyk ki, Türkiyə öz inkişaf yolunu Cumhiriyyətin elanından bir əsrə keçib və keçməkdədir, ancaq, biz əsrin üçdə birini keçmişik. Buna baxmayaraq Azərbaycan Türkiyədən xeyli irəlidədir. Təkcə Türkiyədə şəhərlə kəndlər arasındakı fərq bunu sübut edir. Türkiyə kəndlərinin mütləq çoxluğu hələ XVIII-XIX əsrdə qalıb. Bütün istəyim, sevgim Türkiyəyə və fəaliyyıtim birliyimizə yönəlsə də Türkiyə türkləri arasında sovrulmağımızın əleyhinəyəm. Əməkdaşlığımız, müttəfiqliyimiz, birliyimiz, dövlətçiliyimiz bərabərhüquqlu olmalıdır.
 
 
Xoş olmasa da bir məqamı yada salaq - Rusiya və Ukrayna. Hər ikisi eyni xalq, eyni dil, eyni din və bir dövlət şəklində azı 1000 ilə yaxın tarix...
 
 
Dilimizlə bağlı problemlər mövcuddur, ancaq həll olunandır. Bu milli strateji məsələnin həlli üçün kompleks yanaşma, proqram işlənilməlidir və bu işdə milli kimlik şərti əsas götürülməlidir.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...