Əli Kərimlinin müavini xaricə qaçır?

11:00 20-02-2023 | icon 584 | Siyasət
Əli Kərimlinin müavini xaricə qaçır?

"Bu çıxışlar xaricdə siyasi sığınacaq axtarışına hesablanıb”

 

AXCP-nin sədr müavini Seymur Həzi terror təşkilatı PKK ilə birbaşa əlaqəli şəxs olan HDP sədri Səlahəddin Dəmirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandırıb. Öz çıxışında hazırda həbsdə olan Səlahəddin Dəmirtaşı az qala mədh edən S.Həzi daha da irəli gedərək onun fəaliyyətini “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirib. Əli Kərimlinin müavininin bu təxribatçı çıxışı niyə məhz indi etməsi sual yaradır.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib ki, terror təşkilatının başında duran şəxsləri tərifləməkdən çəkinməyən insanlar onlar kimi düşünənlərdir.

 

N.Verdiyev vurğulayıb ki, pul müqabilində öz lideri Əbülfəz Elçibəyi satan, "SOROS” və digər fondlardan qrant alıb öz şəxsi rifahını yaxşılaşdıran Əli Kərimli və onun tör-töküntilərdən bundan başqa nəsə gözləmək olmaz:

 

"On minlərlə qardaş türkləri öldürməyə əmr verən Ocalana heykəl qoyulmasını istəmək, ermənilərin azərbayacanlılar yaşayan kəndləri yandıran, əhalisini qətlə yetirən terrorçu Qarigen Njdeyə heykəl qoyulmasına öz etirazını bildirməmək, ən azından, Azərbaycan və qardaş Türkiyə xalqına satqınlıqdır. Əli Kərimlinin də susması onu göstərir ki, o da Seymur Həzi kimi düşünür. Bunların belə çıxışları vaxtı gələndə xaricə qaçıb siyasi sığınacaq almaq üçün hesablanıb”.

 

ALDP funksioneri Gültəkin Hacıbəylinin Paşinyanla bağlı rəğbətli açıqlamasına da diqqət çəkib:

 

“Bu günlərdə Gültəkin Hacıbəyli Nikol Paşinyan haqqında yüksək fikirlər söyləyib. Sevinc Osmanqızı da “kaş ki Paşinyan bizim prezident olardı” fikirlər səsləndirib. Azərbaycanın suyunu, çörəyini yeyərək düşməni tərifləyirlər. Siz Paşinyanı belə istəyirsiz, onda çıxın gedin onun qanunları işləyən dövlətdə yaşayın”.

 

N.Verdiyevin sözlərinə görə bu siyasilər bir mərkəzdən idarə olunurlar:

 

“Əli Kərimli və onun kimilər Qərbdən təlimatlar alır. Əli Kərimliyə desələr ki, - “sənə hakimiyyətə galməyin üçün hərtərəfli dəstək verəcəyik, amma sonra Azərbaycan ərazilərinin bir hissəsini Ermənistana verəcəksən” buna həmən razılıq verəcək. Bunların əqidələri budur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...