Rekordçu tələbənin sevinci

17:46 21-02-2023 | icon 283 | Təhsil
Rekordçu tələbənin sevinci

“Sadəcə eyforiyadayam”

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda bütün suallara düzgün cavab verən Nihad Zeynallı 100 bal toplayaraq rekorda imza atıb. 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan N.Zeynallı təəssüratını Modern.az-la bölüşüb.

 

O, magistraturaya qəbul imtahanına hazırlaşarkən bir qədər çətinlik çəkdiyini, lakin məqsədinə çatmaq üçün var gücü ilə çalışdığını deyib:

 

“Düzdür, proses çətin oldu. Son həftələrdə gərgin hazırlıq prosesi gedirdi. Yanvar ayı imtahandan əvvəl ən kritik aydır. Magistratura imtahanı universitet imtahanları ilə üst-üstə düşdüyü üçün bir az çətinlik olur. Mən imtahandan çıxanda ilk reaksiyam müsbət idi. Sözün açığı, 100 bal gözləyirdim. Lakin düşünürdüm ki, texniki səhv ola bilər. Tərəddüd içində idim”.

 

2001-ci il təvəllüdlü rekordçu bakalavr maliyyə ixtisası üzrə təhsilini davam etdirməyi düşündüyünü söyləyib:

 

“Hazırda heç bir fikrim yoxdur, sadəcə eyforiyadayam. Daha dəqiq seçimi qarşıdakı aylarda edəcəyəm. Yəqin ki, öz ixtisasım - maliyyə üzrə təhsilə davam edəcəyəm. Xaricdə oxumaq heç də pis olmazdı. Hələlik ölkəmizdə oxumağı planlaşdırıram. Xaricə getmək üçün qərar verməyə tələsmirəm”.

 

Qeyd edək ki, N.Zeynallı Şəmkirdəki “Baku Oxford” məktəbinin məzunudur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...