“Problemin həlli ermənilərin Ermənistana köçürülməsindədir”

16:34 22-02-2023 | icon 383 | Qarabağ
“Problemin həlli ermənilərin Ermənistana köçürülməsindədir”

Ağasəf İmran: "Rusiya “sülhməramlı” qüvvələri Azərbaycan ərazisinə yeridilməsəydi..."

 

“Rusiya hərbi kontingentinin bu ərazilərə yerləşdirilməsi “köz üstünə kül” örtmüş oldu və indi də həmin ocaq tüstülənməkdədir. Rusiya hərbi kontingentinin iki illik fəaliyyəti  aşıq-aşkar göstərir ki, onlar, mülki əhalini yox, Ermənistanın bu ərazilərimizdə yerləşdirdikləri həbi obyektləri və seperatçı silahlı dəstələri qorumaq işinə xidmət edirlər. Məqsəd isə, düşmənçilik edən xalqları barışdırmaq yox, gərginliyi saxlamaq və Rusiyanın İmperiya maraqlarını qorumaqdır”.

 

Bunu Versus.az-a iqtisadçı alim Ağasəf İmran bu gün Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti müstəvisində Ermənistan-Azərbaycan münasibətlərinin nə dərəcədə tənzimlənməsi və çıxış yolları ilə bağlı açıqlamasında bildirib. A.İmran mövcud vəziyyətdə çıxış yollarını önə çəkib. Onun sözlərinə görə, ilkin və ən mühüm şərt, Rusiyanın dinc yolla Cənubi Qafqazdan getməsidir.

 

A.İmran qeyd edib ki, əgər Rusiya dövləti təxribat, münaqişə, müharibə törətmədən Cənubi Qafqazdan gedərsə, bu ən ağıllı və ən optimal həll ola bilər. Bunu BMT səviyyəsində müzakirələr yolu ilə qərar qəbul etməklə  həyata keçirmək olar:

 

"İkinci önəmli şərt isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi ola bilər. Bunun üçün qarşılıqlı razılaşma əsasında Qarabağdakı erməniləri azərbaycanlıların Ermənistanda qoyub gəldikləri ərazilərə təxliyyə etmək kifayətdir. Dünya təcrübəsində bütün münaqişələrin sonunda “əsirləri dəyişmək” ənənəsi vardır. Əgər azərbaycanlıların Ermənistandan terror yolu ilə qovulmalarını - zorla köçürülmələrini  “əsirlikdən qaçmaq” kimi qəbul etsək, Qarabağdakı ermənilərin də özlərini “əsir” hesab etməmələri üçün onların Ermənistana köçürülmələri ən optimal həll variantı ola bilər. Belə olan halda Ermənistan və Azərbaycan dövlətləri, “səninki səndə - mənimki məndə” xalq deyimi prinsipi ilə dinc-yanaşı yaşaya bilərlər. Əgər Azərbaycanla Ermənistan arasında “Sülh müqaviləsi”  bağlanarsa və sonralar barışıq əldə edilərsə, müəyyəm müddətdən sonra, Avropada olduğu kimi, vətəndaşların seçimlə hansı ölkədə -azərbaycanlıların Ermənistanda, ermənilərin Azərbaycanda yaşamaq hüquqları tamamilə bərpa edilə bilər”.

 

A.İmran Cənubi Qafqazda yaradılan münaqişənin səbəbləri və nəticəsinə diqqət çəkib. Alim bildirib ki, fəlsəfədə  “səbəb-nəticə” anlayışı bir aksiom kimi qəbul edilmişdir. Yəni,  heç bir fəaliyyət və heç bir nəticə səbəbsiz ola bilməz. Bu məntiqlə yanaşsaq, Qafqazda baş verən bütün sosial - iqtisadi və hərbi bəlaların əsas səbəbinin Rusiya işğalı ilə bağlı olduğunu deyə bilərik:

 

“XVIII-XX əsrlərdə burada hökmranlıq edən Rusiya imperiyası, bu gün də özünün işğalçılıq siyasətindən əl çəkməyib və bu səbəbdən də Qafqazda müxtəlif neqativ problemlər yaradır-Gürcüstanda- Abxaziya, Cənubi Osetiya, Azərbaycanda- Qarabağ . Bu problemlərdən bizim üçün ən təhlükəlisi isə, süni surətdə yaradılmış  Ermənistan - Azərbaycan qarşıdurmasıdır. Tarixdən məlumdur ki, 1905-07, 1918-20, 1988-94 -cü  illərdə Cənubi Qafqazda  “erməni-müsəlman” qırğınlarının əsas təhrikçisi  və himayədarı Rusiya dövləti olmuşdur. Bu gün də, “Qağlıq Qarabağ problemi”ni körükləyib alovlandırmaq  istəyən  və sönməyə qoymayan Rusiya dövlətidir”.

 

A.İmran bildirib ki, əgər, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bədnam “razılaşma” olmasydı və bu səbəbdən Rusiya “sülhməramlı” qüvvələri Azərbaycan ərazisinə yeridilməsəydi, Qafqazı və həmçinin dünyamızı təhlükə ocağına çevirən “Ermənistan - Azərbaycan  problemi” birdəfəlik həllini tapmış olardı. Bununla  yanaşı A.İmran mövcud şəriatin də torpaqların erməni separatçılarından azad olunması üçün mühüm şəraitin yetişdiyini diqtə edir.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır