“Xocalı bu gün hələ də işğal altındadır, amma...”

11:42 25-02-2023 | icon 357 | Siyasət
“Xocalı bu gün hələ də işğal altındadır, amma...”

 Elman Məmmədov: “Xocalılar bu gün də böyük ümidlə yaşayır"

 

1992-Cİ İL, FEVRALIN 25-dən 26-a KEÇƏN GECƏ...

 

…erməni hərbi dəstələri keçmiş SSRİ-nin XOCALIDA yerləşən 366-cı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə xaincəsinə Xocalıya soxuldu. Quldurlar şəhəri viran qoydu XOCALI camaatını - UŞAQ, QOCA, QIZ, GƏLİN, fərqinə varmadan qəddarlıqla öldürdülər, süngüdən keçirdilər…XOCALI qızları, gəlinləri, oğlanları, kişiləri girov götürüldü, təhqir olundu, hər cür HƏQARƏTLƏRƏ məruz qoyuldular...Bəli, bu, erməni cəlladlarının, Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi işğal, SOYQIRIM akti idi.

Bu gün Azərbaycana “haqq-ədalət dərsi” verən beynəlxalq təşkilatlar, dünya dövlətləri Xocalı soyqırımını hələ də tanımayıb. Biz isə artıq Xocalı soyqırımının  31-ci ilini anırıq, unutmuruq. Hələ də, Ermənistan Azərbaycan ərazilərində həyata keçirdiyi işğala, törətdiyi dağıntılara, soyqırımlara görə lazımi səviyyədə qınanmır. Əksinə, bu qədər cinayətkar dövlətin hansısa güclərin öz maraqları naminə az qala müdafiəçisinə çevrilməsi çox təəssüf və nifrət doğurur. İstər-istəməz  “alın, başınıza dəysin sizin “insan hüquqlarının müdafiəçisi, söz, demokratik azadlıqlar” iddiası ilə dünyaya verdiyiniz mesajlar” -deyə bağırmaq gəlir içimdən…

 

Versus.az xəbər verir ki, bu istiqamətdə Milli Məclisin deputatı Elman Məmmədov danışdı.

 

- Elman müəlllim, Xocalı soyqırımının üzərindən 31 il keçir. 44 günlük zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda baş verən proseslərə dünənimizdən baxarsaq, xocalıların mövcud vəziyyətlə bağlı yanaşmasında nələri müşahidə etmək olar?

 

- Xocalılar bu gün də böyük ümidlə yaşayır. Azərbaycan ordusu 44 günlük müharibədə torpaqlarımızın 90 faizdən çox hissəsini işğaldan azad edib. Qalan müəyyən bir hissə - Xocalı, Xocavənd, Ağdərə tam işğaldan azad olunacaqdır. Az qalıb, O şad günləri də yaşayacağıq. Bu gün Azərbaycanın bu uğura tam olaraq imza atması üçün siyasi, hüquqi, hərbi imkanları, gücü var.

Bu günlərdə dövlət başçımız Münhen Təhlükəsizlik Konfransında hələ də ərazilərimizdə qalan separatçıların, terrorçuların təmizlənməsi məsələsini yenə də gündəmə gətirdi, mövqeyini bildirdi, sözünü dedi. Bir daha hər kəsə bəyan edildi ki, bütün separatçılar ərazilərimizdən təmizlənəcək. Məhv olan olacaq, gedən gedəcək. Lakin arzu edilən odur ki, Xocalı soyqırmını törədənlər və digər yaşayış məntəqələrimizdə kütləvi  qırğınlar törədənlər, ərazilərimizin işğalında xalqımıza, millətimnizə, dövlətimizə qarşı cinayət törədən kim varsa hamısı Azərbaycan qanunları qarşısında cavab versinlər, layiqli cəzalarına çatsınlar. Təəssüf ki, Xocalı soyqırımını törədənlər hələ cəzalarını almayıblar. Murdar olanlar olub, sağ qalanlar hələ ki, cəzasızlıq həyatı yaşyırlar. Bəli, tək XOCALIlar yox, bütün Azərbaycan xalqının hər birinin arzusudur ki, bu cinayəti törödənlər layiqli cəzasına çatsınlar, dünya tərəfindən qınansınlar. Dünya ictimaiyyəti bəşər övladına, insanlıq adına ləkə olan erməni mənfurlarının əsl simasını görməlidir…

 

- 31 ildən sonra ermənilər özləri ərazilərimizdə törətdikləri vəhşilikləri, Xocalı Soyqırımını necə “xatırlayırlar, yada salırlar” və necə təbliğ etməyə çalışırlar. 31 il sonra özlərini  təmizə çıxarmağa çalışan işğalçı erməni qatilləri, iddia edirlər ki, Xocalı soyqırımını erməniər yox, ruslar törədiblər...

 

- Xocalı soyqırımını törədəndən bu günə qədər ermənilər çox hədyanlar danışıblar. Təbii ki, bu ermənidir və hər cür fitnə-fəsad danışa bilər. Çünki xisləti budur.

Amma Xocalı soyqırımında rus hərbçilərinin də iştirak etməsində bir həqiqət var. Ümumiyyətlə, Azərbaycanın bütün yaşayış məntəqələrini –Xocalıdan əvvəl Xocavəndin Qaradağlar kəndini, Qaradağlıdan əvvəl Şuşa rayonunun Malıbəyli, Quşçular kəndini, ondan əvvəl Xocalı rayonunun Meşəli, Cəmilli kəndini, Ağdərə, Ağdaban, Daşaltı və başqa ərazilərimizin işğal olunmasında, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın... işğalında  366 alay birbaşa özünün canlı qüvvəsi və hərbi texnikası ilə iştirak edib. Bu danılmaz faktdır. Yəni ermənilərin tank zavodu yoxdur, hərbi texnika istehsal eləmirdilər, hamısını Rusiya verirdi...

Sizə belə bir fakt deyim: ermənilər Rusiyanın hərbi jurnalisti Viktoriya İvlrevanı 30 nəfərdən çox müxtəlif ölkələrdən olan jurnalistlər də daxil olmaqla Xocalıya hücumdan bir həftə əvvəl Xankındinə gətiriblər. Ermənilər həmin jurnalistləri 366-cı alayın qərargahında yerləşdiriblər. Bunlara tapşırıq verilib ki, hərbi əməliyyat zamanı gördüklərini məhz onların dediyi kimi yazacaqlar. Yəni jurnalistlər “Ölənlər ermənilərdir, öldürənlər azərbaycanlılardır” yazmalı idilər. Tapşırıq bu idi… Bunları Viktoriya İvlreva sonralar özünün xatirələrində yazır. Jurnalist yazır ki, Xocalıya hücum zamanı ön cərgədə 366-cı alayın hərbi texnikası gedirdi, hərbi texnikanın ardınca 366-cı alayın canlı qüvvəsi, erməni quldur dəstələri isə üçüncü sırada irəliləyirdi. Viktoriya İvlrevanın xatirələri də sübut edir ki, bəli, 366-cı Xocalı soyqırımında, o cümlədən bütün torpaqlarımızın işğalında birbaşa ermənilərin sərəncamında olub və iştirak edibdir. Onlar Soyqırımı, cinayəti birlikdə törədiblər.  Ancaq Soyqırımın təşkilatçısi da, törədəni də, arzu edəni də, istəyinə çatan da erməni cinayətkarları, siyasətçiləri, Ermənistan dövləti idi.

 

- Ermənistan abırsızlığı, sərsəmliyi davam edir. 30 ildir torpaqlarımızı işğal edən, şəhər kəndlərimizi dağıdan, milyondan çox Azərbaycan əhalisini evsiz qoyan qatil ermənilər utanmadan indi də Azərbaycanı ittiham etməyə, öz günahlarını üzərimizə yıxmağa çalışırlar. Prezidentimiz bu barədə Münhen Təhlükəsizlik Konfransında da bildirdi. 30 il sonra beynəlxalq təşkilatların erməni hədyanlarına, cinayətlərinə qarşı yanaşmasında nələri müşahidə edirsiz?

 

- Həmin Avropanın, Qərbin  beynəlxalq qurumları, yaxud da Birləşmiş Millətlər Təşkilatı və o quruma daxil olan həmin dövlətlər o vaxt da mövcud idi. Onlar Xocalı Soyqırımının baş verməsini, onu törədənləri  dəqiq bilirdilər. Amma o cinayətkarlara qarşı bir sərt tədbir görən oldumu, Ermənistanı qınayan oldumu, ötən illər ərzində Ermənistana qarşı bir sanksiya, bir cəza tədbiri həyata keçirən oldumu, cinayəti törədənlərə qarşı bir cəza tədbiri görən oldumu, xeyir! Sanki bunlar Ermənistana xeyir-dua verirdilər, sanki bu cinayət aktı razılaşdırılmışdı. Baxın, Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və 30 il müddətində işğal altında qaldı, yeraltı, yerüstü sərvətlərimiz talan olundu. 1 milyondan çox insanımız qaçqın-köçkün həyatı yaşadı. 30 min-ə qədər şəhidimiz oldu, soyqırımlar törədildi. Bu 30 il ərzində Ermənistana qarşı həmin demokratiyadan, hüquqdan danışanlar tərəfindən “gözün üstə qaşın var” deyən olmadı. Əksinə, Azərbaycana qarşı vaxtaşırı hücum kampaniyası başlandı, Azərbaycanı nəyəsə məcbur etmə, Ermənistanı müdafiə eləmə halları və sair əməllərə şahidlik edirik. Bu dünyanın ədalətsizliklə, haqsız idarə olunmasından xəbər verir. İndi baxın, 400 mindən çox əhalisi olan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nə dəmir yolu, nə avtomobil, nə piyada yolu yoxdur. Bu gün Naxçıvanla hava yolu, İran, Gürcüstan ərazisindən keçməklə mümkün olur. Bu, beynəlxalq qurumların heç birini naraht eləmir. Sanki elə belə də olmalıdır. Ancaq 25-30 min sayı olan bir dəsətə quldur ermənidən ötəri bütün dünya ayağa qalxıb Azərbaycanın üzərinə gəlir. Bunların hüquqlarının müdafiə olunması, Laçından bunalara yol verməklə bağlı məsələ ortaya atılır. Yaxşı, Laçın dəhlizi sizi belə maraqlandırırsa, istəyirsizsə ki, ermənilər bu yoldan sərbəst gedib-gəlsinlər, o zaman Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yolun bağlanması, Naxçıvanın blokadada olması sizi niyə narahat eləmir. Cənab Prezident Münhendə Blinkenlə görüşündə də dedi ki, əgər Zəngəzur dəhlizi, Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında yol yoxdursa, Laçın dəhlizi də olmayacaq.  Bir daha bəyan edirik, bilsinlər, O “Laçın dəhlizi” deyilən yer Azərbaycanın ərazisidir. Biz heç kimdən soruşmadan o yolda sərhəd -buraxılış məntəqəmizi, gömrük postumuzu qoymalıyıq. Bura mənim ərazimdirsə, suveren dövlətəmsə, ərazimə kimlərin gəlib getdiyini, kimlərin nə aparıb-gətirdiyini bilməliyik və biz bunun üçün kimdənsə icazə istəməli deyilik. O dövlətlərdən soruşmaq lazımdır ki, sənin ərazindən başqa dövlətin insanları keçmık istəyirsə, sən onları yoxlamayacaqsan. Bəs, biz niyə bunu etməməliyik. Bax bu ədalətsizliklər göz önündədir. Və biz bu hallara təpki göstərmək üçün bu günkündən də güclü olmalıyıq. Bu günkündən də güclü iqtisadiyyata malik olmalıyıq. Güclü orduya malik olmalıyıq ki, Makron kimi ermənidən betər erməninin cavabını verə bilək…

Xocalı soyqırımı və ermənilərin Azərbaycanda törətdiyi digər qətliamlar, qırğınlar həmişə gündəmdədir. Bu yaralar heç vaxt qaysaq bağlamayacaq.  Bu bizə qarşı törədilən elə bir hadisələrdir ki, biz bütün tədbirlərdə - dövlət başçısı, Parlament, Xarici İşlər Nazirliyi, Azərbaycanın hər bir sadə vətəndaşı səviyyəsində soyqırımı daim gündəmdə saxlayırıq. Biz Xocalı soyqırımını  bütün tədbirlərdə düşmənin qarşısına qoyur və müdafiə etdikləri Ermənistanın əsl üzünü göstəririk. Deyirik ki, siz cinayətkarı, soyqırım törədəni, işğalçını müdafiə edirsiniz. Demək siz onlarla həmrəysiz.

Düzdür, dünyanın 10-dan çox dövləti Xocalı soyqırımını tanıyıb. Ancaq bu tanımalar tamam başqa məsələdir. Artıq beynəlxalq tribunal qurulmalı və bu soyqırımı törədənlər beynəlxalq səviyyədə, beynəlxalq məhkəmələrdə mühakimə olunmalı, cəzalandırılmaları gündəmə gəlməlidir. Amma biz nəyi müşahidə elədik: soyqırım törədənlərin başçılarından bir neçəsi - Robert Köçəryan, Serj Sarksyan mükafatlandırılıb prezident kürsüsünə gətirildilər. Zori Balayan kimi cinayətkar, türk qanına susamış qatil qolunu sallayıb dünyanı sərbəst gəzdi. Bütün bunlar hamısı beynəlxalq qurumların, o nüfuzlu dövlətlərin gözü qarşısında oldu. Soyqırım törədənlərin cəzasız qalması onların gələcəkdə cinayət törətmələrinə zəmin yaradır. Biz dünyanın böyük dövlətlərinə, beynəlxalq təşkilatlar qarşısında iddia edirik ki, siz bütün bunları bilə-bilə, ortada kifayət qədər faktlar, sübutlar ola –ola cinayətkarları cəzalandırmaq əvəzinə müdafiə edirsiniz.  Siz bütün Ermənistanı haqlı tərəf kimi görürsünüz. İndi də bəhanə edirsiniz ki, guya Azərbaycan öz ərazisində kimlərisə blokadada saxlayır. Əgər blokadada saxlayırsa. Süparatçı Artunyan, Vardanyan, digəriləri  ayda bir neçə dəfə necə Yerevana, ordan Moskvaya, ordan da Azərbaycan ərazilərinə-Qarabağa gəlirlər.  Sual verirəm: blokada varsa, bu adamlar necə gedib-gəlirlər. Əgər blokada varsa hər gün 30-50 rus hərbi kontingentinin maşınları, Qızıl Aypara Cəmiyyətinin maşınları və digər humanitar yüklər Xankəndinə və Laçın ərazisinə, Ermənistana necə keçib gedirlər. Bunun üzərindən Azərbaycanı blokada yaratmaqda ittiham eləmək haqsızlıqdır.

 

- “Avropa missiyası” məsələsinə görə bu gün Rusiya-Ermənistan arasında bir sərinlik var. Regionda sülhün yaradılması prosesində bir vasitəçi olan Rusiyanın Azərbaycana münasibətində hansı dəyişilmələr var?

 

- Hesab edirəm ki, bu gün Ermənistan rəhbərliyi tərəfindən Rusiyaya qarşı hansı satqın, xəyanətkar, düşmənçilik hərəkətləri varsa, onlara haqq eliyirlər. Yəni millət adlanan bu cinayətkar toplumu tarixin müəyyən dövründə dünyanın müxtəlif ərazilərindən köçürüb bizim tarixi torpaqlarımızda yerləşdirən kim oldu - Çar Rusiyası. Kim 1920-ci ildə bunlara dövlət yaratdı- təzə yaranmış sovetlər hökuməti, erməniləri daim kim müdafiə elədi-yenə sovet hökuməti. Ermənilər bizim torpaqlarımız işğal eləməyə başlayanda yenə torpaqlarımızı kim onlara bağışladı-Şimal qonşumuz. Şimal qonşumuz tarix boyu ermənilərin satqınçılığından, fitnəkarlığından, bütün murdar hərəkətlərindən məlumatlı ola –ola onları qoruyub saxlayırdı və özü üçün Türkiyəyə, Azərbaycana və digər türk xalqlarına qarşı alət kimi istifadə edirdi. İndi çox şükür ki, Rusiya tərəfindən müdafiə olunan bu murdar toplum Rusiyanın kürəyinə xain xəncərini sapladı və bütün ciddiyyəti ilə Paşinyan və onun komandası Rusiyanın Ermənistandan çıxması xəttini yeridir, Fransa başda olmaqla Avropa missiyasını dəvət edir.  İndi qoy Rusiya Ermənistanla öz tədbirini görsün və özünün qoynunda bəslədiyi, tarix boyu qoruduğu ermənilərlə üz-üzə qalsın. Düşünürəm ki,  Rusiya Ermənistanın  bu xəyanətinin üstündən sakit keçməyəcək.  Hesab edirəm ki, Ermənistanda Rusiya ilə Avropa arasında çox ciddi gərginlik yaranacaq. Təbii bu bizə də təsirsiz  ötüşməyəcəkdir.

Rusiya rusun yaşamadığı ərazimizdə rus icması yaratdı, kilsə tikdi. Erməni faşistin heykəlini ucaltdı. Amma məlum üçtərəfli sazişdə Rusiya hərbi kontingentinin missiyası Laçın yolunda hərəkətin təhlükəsizliyini təmin etmək idi. Ancaq  Qarabağa və hərbi kontingentin 30-dan çox postları qurulub. Onların fəaliyyətində eməniləri silah-sursatla təmin eləmək, erməniləri təlimatlandırmaq, separatçılarla cinayətkarlarla əməkdaşlıq eləmək var. Ona görə də deyirəm ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı nə edirsə haqq edir.

 

- Emənistanın Rusiyaya xəyanti bu ölkəni nə dərəcədə ayıldacaq, təsir edəcək?

 

Rusiyanın Ermənistandan çıxmaq  fikri yoxdur.  Avropa missiyası sərhəddə gələndən sonra orda yaranan gərginliklər, qarşıdurmalar artacaq.  Bundan başqa biz separatçıya dəstək verən dövlətlər sırasında tək Rusiyanı qeyd etməməliyik. Eyni zamnda bizimlə açıq düşmənçilik eliyən cənub qonşumuz İran haqqında da bunları demək olar. Sayı yüzlərlə olan Avropa missiyasının tərkibində olan insanlar dünyanın müxtəlif ölkələrində cinayətlər törətmiş hərbçilər, kəşfiyyatçılar, hərbi təlimatçılarıdr. Onlar regiona gələndə əliboş gəlməyəcəklər, özləri ilə lazımi avadanlıqlar da gətirəcəklər. Bunlar da hamısı İran ərazisində yerləşdiriləcək və İran ərazisi bunların əlində kəşfiyyat üçün plastarm  olacaq. İran deyir ki, Ermənistanla qardaşdır, Ermənistanın təhlükəsizliyi onun təhlükəsizliyidir. İndi ermənilər Avropa missiyasını İrana da “hədiyyə” elədi.

 

- 31-ildən sonra Rusiyanın Xocalı soyqırımını tanıması Ermənistana hansı mesajı verə bilər və bu məsələ qaldırıla bilərmi?

 

- Bu heç vaxt olmayacaq. Nə 31 il əvvəl, nə də 31 sonra olmayacaq.  Çünki soyqırımın törədilməsində, eyni zamanda torpaqlarımızın işğal olunmasında ya birbaşa, ya da dolayısı ilə adı çəkilən bu iki dövlətin iştirakı, marağı olub.

Digər bir tərəfdən biz Xocalı soyqırımının tanınmasını tək Rusiya, İran qarşısında deyil, bütün dünya dövlətləri, BMT və digər təşkilatlar qarşısında qaldırırq. Və 31 ildir dünyanın bütün dövlətlərinə müraciətlər göndəririk. Bu müraciətlər çox az dövlətlər tərəfindən müsbət cavablandırılıb.

 

-31 il sonra Xocalı necə görünür?

 

- Xocalı 31 ildən sonra bu gün “işğal” altındadır.  Bu gün Xocalıda ermənilər yaşayır, rus hərbçiləri Xocalı aerapordunda öz qərargahlarını qurublar, bazalarını yerləşdiriblər. Və bu gün Xocalı və Xocalı ərafında hələ də ermənilər üçün evlər tikilir, yenə o evlərə kənardan ermənilər köçürülür.

Ancaq hesab edirəm ki, bu özbaşınalıq çox davam eləmiyəcək. Biz torpaqlarımızın hər qarışını işğaldan azad edəcəyik. (Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...