"“Forma-88” göndərişini ödənişli edənlər qanunu pozurlar"
“Forma-88” göndərişi ödənişsizdir. “Forma-88” göndərişini ödənişli edənlər qanunu pozurlar və cəzalarını almalıdırlar”.
Versus.az xəbər verir ki, bunu Komitə sədri Musa Quliyev Milli Məclisin iclasında “Sosial sığorta haqqında” Qanuna dəyişikliklərlə bağlı müzakirə zamanı bildirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə məlumat verərək vətəndaşları narahat edən bir məsələdən bəhs edib.
M.Quliyev bununla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyərək bildirib ki, TƏBİB-in rəhbərliyi ilə də əlaqə saxlayıb: “Onlar da “forma-88” arayışına görə ödənişin olmadığını bildirdilər.
Belə bir qanunvericilik tələbi yoxdur.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"