"Cinayətkar dövlət Beynəlxalq Ədalət Məhkəməsində özünə ədalət axtarır"

20:52 24-02-2023 | icon 385 | Siyasət
"Cinayətkar dövlət Beynəlxalq Ədalət Məhkəməsində özünə ədalət axtarır"

Çingiz Qənizadə: “Beynəlxalq məhkəmənin qərarına əməl etmədiyi halda...”

 

Xəbər verildiyi kimi Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarı ilə Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olması barədə qərar verib. Belə ki, BƏM Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinməklə bağlı öhdəlik daşıdığını bir daha təsdiq edib. Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarını alqışlayıb.

 

Azərbaycan XİN-i  Ermənistanın “Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəklənməsinin dayandırılması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddialarının BƏM-ə tərəfindən rədd edilməsini alqışlayıb.

 

Məhkəmə qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

BƏM-nin bu qərarları regionda gedən proseslərə necə təsir edəcək?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, cinayətkar və hüquqları pozan tərəf olduğu halda Ermənistan üç əsas məsələ ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

 

“Onlardan biri də dekabrın 13-də Azərbaycan ekoaktivislərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda keçirdiyi dinc aksiya ilə bağlıdır. Ermənilər iddia edirlər ki, bu aksiya Azərbaycan dövlətinin siyasi qərarıdır. Azərbaycan tərəfi bununla bağlı kifayət qədər foto-video subutları, ekofəalların adlarının siyahısını Beynəlxalq Ədalət Məhkəməyə təqdim etməklə erməni fərziyyələrini alt –üst etdi və məhkəmə tərəfindən bu iddianın ləğvinə nail oldu”.

 

Hüquq müdafiəçisi buna baxmayaraq yenə də ermənilərin Laçın yolunun açılması ilə bağlı məhkəmədə vəsatətinin olduğunu deyib.  Onun sözlərinə görə, “Azərbaycan tərəfi bu vəsatətə uyğun aksiyanı dayandıracaqmı” sualı ermənilərin atdığı addımlara uyğun olaraq cavablanacaq:

 

“2021-ci ilin oktyabrında Ədalət Məhkəməsi tərəfindən Ermənistanda Azərbaycana qarşı etnik nifrəti təşviq edənlərin saxlanılması və qruplaşmaların fəaliyyətini dayandırılması ilə bağlı vəsatət Azərbaycanın istəyi ilə təmin olunmuşdu. Ermənistan bu günə qədər həmin qərarı yerinə yetirməyib. Bu qətnaməni yerinə yetirməyən bir dövlətin təkrar məhkəmədə Azərbaycan tərəfinə ittihamlar yağdırması, absurddur. Beynəlxalq məhkəmənin qərarına əməl etməyən cinayətkar dövlət təkrar  Beynəlxalq Ədalət Məhkəməsində özünə ədalət axtarir. Bununla bağlı Ermənistana heç bir təsir tədbirləri olmadığı halda  Azərbaycan dövlətinin ekofəalları niyə Laçında öz fəaliyyətlərini dayandırmalıdırlar? Hesab edirəm ki, bu tövsiyə xarakterli bir sənəddir, ona görə də imperiativ deyil. Azərbaycan ekofəalları əsas məqsədə çatana qədər bu aksiyanı davam etdirməkdə haqlıdır”.

 

Ç.Qənizadə qeyd edib ki, Ermənistan təbi qazın və digər kommunal xidmətlərin hazırda qaldıqları Qarabağ ərazilərinə verilməsini tələb etsələr də, bu tələb də təbii olaraq rədd olunub. Hüquqşünas eyni zamanda Ermənistanın 2021-ci ildə istehsal olunan minaların  Laçın yolu vasitəsi ilə Qarabağa daşıması ilə bağlı Azərbaycanın təqdim etdiyi faktlara qarşı ortaya heç bir sənəd, sübut qoya bilməyib:

 

“Ermənilər atəşkəs, hətta atəşkəs dövründən sonra minaları Azərbaycan tərəfə basdırmaqla məşğuldur və  sülhə doğru gedən prosesləri bu cür ləngitməklə insan qırğınına səbəb olacaq halları davam etdirirlər. Ermənistan bu məsələdə də uğursuzluğa düçar olub”.

 

Hüquqşünas qeyd edib ki, Beynəlxalq Ədalət  Məhkəməsinin qərarları tövsiyə xarakterlidir və burda Azərbaycanın uduşu daha çoxdur. Onun sözlərinə görə, Laçın yolunda ekofəallarla bağlı vəsatətin təmin edilməsi qərarını Azərbaycan dövləti deyil, orda dekabrın 12-dən bu günə qədər aksiya keçirən QHT nümayəndələri və eko fəallarının özləri qəbul edə bilər:

 

“Bu qərar o zaman qəbul olunacaq ki, məhz ermənliər yaşayan, sülhməramlıların təsiri altında olan ərazilərdə Azərbaycan dövlət qurumarı normal monitorinq keçirəcək, təbii sərvətlərimizin talan edilməsinə son qoyulması ilə bağlı Ermənistan tərəfindən adım atılacaq. Bundan sonra Laçın karidorunda aksiyanın dayanması gündəmə gələ bilər”.

 

Ç.Qənizadə prezidentin Münhen Təhlükəsizlik Konfransında Azərbaycan tərəfinin istəyini dilə gətirməsi məqamına diqqət çəkib:

 

“Prezident bir daha bəyan elədi ki, Ermənistan normallaşma istəyirsə Laçın və paralel olaraq Zəngəzur yolunda sərhəd-buraxılış keçid məntəqəsinin qurulmasına razılıq verməlidir. Ermənistan hələ də buna reaksiya verməyib. Ermənistan yenə də Laçın yolundan cinayətkar fəaliyyətini davam etmək istəyir. Amma Azərbaycan buan yol verməyəcək”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...