Bakı məktəbləri yoxlanılır

12:32 01-03-2023 | icon 340 | Təhsil
Bakı məktəbləri yoxlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

 

İdarədən verilən xəbərə görə, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.

 

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən beş komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.

 

Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

 

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır