ƏBƏU İB Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış sevinci yaşatdı

17:10 04-02-2019 | icon 579 | Cəmiyyət
ƏBƏU İB Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış sevinci yaşatdı

 

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyin xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək məqsədi ilə başladığı tur davam edir.

 

ƏBƏU İB-in Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar rayonlarından 90-nəfər uşaq fevralın 2-də göstərilən istiqamətlərdə Azərbaycanın şimal zonalarına, səfalı  və tarixi bölgələrinə təşkil edilmiş inkluziv tura qatılıblar. Məlumatda bildirilir ki, uşaqların asudə vaxtının təşkilində 12 nəfər müəllim, tərbiyyəçilər, valideyinlər iştirak ediblər.

 

Tur zamanı ƏBƏU İB-nin sədri, layihə rəhbəri Firuzə Babyeva, Qusar rayon nümayəndəsi Sara Əliyarova, Bakı, Sumqayıt şəhərləri üzrə nümayəndələr, layihə əməkdaşı, DAK-nin Azərbaycan nümayəndəsi Fatma Sofiyeva, mərkəzlərin rəhbərləri və valideyinlər də iştirak ediblər. Turun təşkilatçılığı zamanı bələdçinin dəstəyi, məlumatlandırılmalar uşaqlara xüsusi zövq verib. Tur zamanı iştirakçılara ölkəmizin prezidenti cənab İlham Əliyevin uşaqlara diqqət və qayğısından, sosial layihələrin uğurlarından, birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi dəstəkdən, ƏƏSM Naziri Sahil Babyevin bu sahəyə diqqəti və.s sahələrlə bağlı maraqlı məlumatlar verilib.

 

Təşkil olunan turlarda uşaqlar qeyd edilən bölgələrin gəzməli istirahət zonalarında istirahət ediblər.

 

Qeyd edək ki, burada çətin həyat şəraitində olan uşaqların müxtəlif maarifləndirici və psixoloji təlimlər təşkil edilib. Aksiya mərhələsində uşaqların asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib. Qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün  əyləncəli konsert proqramları təşkil edilib. Uşaqlar xüsusi geyim formaları ilə təmin ediliblər.

 

Layihə rəhbəri Firuzə Babyeva bildirib ki, Azərbaycan Respublikasında sosial müdafiə sahəsində aparılan islahatların əsas məqsədi sosial Fiziki imkanları məhdud uşaqların istirahət ocaqlarında dincəlmək imkanları olduqca məhduddur.

Sosial qruplara daxil olan ailələrin maddi imkanları əksər hallarda olduqca aşağı səviyyədə olması onların kommersiya tipli istirahət və əyləncə məkanlarında dincəlməsini mümkünsüz edir. Onun sözlərinə görə, bu tip qapalı müəssisələrdə yaşamış, oxumuş və inkişaf etmiş uşaq və gənclər açıq cəmiyyətə inteqrasiya zamanı çox böyük çətinliklərlə rastlaşırlar:

 

“Bu kimi maneələr onlarda tipik uşaq və gənclərlə ünsiyyət qura bilmək, münasibət yaratmaq, diskussiya etmək, hər hansı bir sosial ortamda paylaşmaq, debat təşkil etmək və sair qarşılıqlı  insani ehtiyac və yardımlaşmanın paylanmasında psixoloji xarakterik xüsusiyyətlər yaradır.

Tərfimizdən həyata  keçirilən layihənin dəsətyi ilə məhz qeyd etdiyim baryerlərin aradan qaldırılması məqsədi ilə Azərbaycanın səfalı və tarixi bölgələrinə inteqrasiyalı (müxtəlif əlillik kateqoriyaları və ailə himayəsindən məhrum fiziki cəhətdən sağlam uşaqlardan ibarət) turun təşkili, eyni zamanda layihənin dəstəyi ilə təşkil edilmiş inkluziv tur barədə məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması fəaliyyətləri həyata keçirilib".

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ