Kiçik xalqları sıradan çıxartmaq, məhv etmək...

12:54 15-03-2023 | icon 571 | Geopolitika
Kiçik xalqları sıradan çıxartmaq, məhv etmək...

Qulamhüseyn Əlibəyli: “Bu qərar Fransanın müstəmləkə siyasəti kimi qiymətləndirilməlidir” 

 

Korsikanın yerli parlamentində müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydaları Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd hesab edilərək Korsika dilinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar Korsika məmurlarının, siyasətçilərin narazılığına səbəb olub və adanın seçilmiş məmurları apellyasiya şikayəti verib. Məmurlar  Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.

 

Az qala ermənilərin hüquqmüdfiəçisi olan Fransa -Makron hökumətinin bir xalqın dilini ləğv etməsi bu hökumətin hansı mahiyyətini ortaya qoyur?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Fransa hökumətinin bu qərarı bir tərəfdən insan hüquqları haqqında bütün beynəlxalq sənədlərə, Avropanın insan hüquqları haqqında müddüəlarına və prinsiplərinə, digər tərəfdən Fransanın özünün elan etdiyi dəyərlərinə ziddir.

 

Hüquqşünas hesab edir ki, bu qərar Fransanın kiçik xalqları sıradan çıxartması, məhv etməsi, müstəmləkə siyasəti kimi qiymətləndirilməlidir:

 

“Təəssüf ki, XXI əsrdə bu cür ölkə BMT kimi təşkilatın 5 daimi üzvlərindən biri kimi fəaliyyət göstərir. Bu, istər-istəməz Fransanın həm Avropanın, HƏM BMT -nin İnsan Hüquqları İnstitutları ilə ziddiyyət təşkil edən bir mövqeyə gətirib çıxardacaq”.

 

Q.Əlibətli bildirib ki, Avropa dövlətləri başda olmaq şərti ilə əslində bütün dövlətlər  bu qərara qarşı çıxmalıdırlar və Fransanın bu qərarından Beynəlxalq Məhkəməyə şikayət verilməsi məsələsi də qaldırılmalıdır:

 

“Təəssüf ki, beynəlxalq hüququ saymayan belə bir dövlət Azəbayacanın da daxili işlərinə qarışmaq istəyir. Fransa Qarabağda 5-10 nəfər az saylı erməni qulduruni bir xalq hesab edib, onların müdafiəçisi kimi çıxış edir.  Fransa özünün də daxilində xalqların hüququnu pozmaqla onları məhv etmək siyasəti ilə məşğuldur. Hesab edirəm ki, Beynəlxqlq Məhkəməyə müraciət etməyin vaxtı yetişib”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ