"Laçın strateji əhəmiyyəıtini qoruyub saxlamaqdadır"

08:56 03-04-2023 | icon 311 | Geopolitika
"Laçın strateji əhəmiyyəıtini qoruyub saxlamaqdadır"

 

 “Ermənistandan Qarabağa gedən yeni yolda- Laçın sərhəddində bizim keçid buraxılış məntəqmiz qurulacaq. Bununla da Azərbaycanın suverenliyi, bölgə üzərində yuridiksiyası tam olaraq möhkəmlənəcək”.

 

Versus.az xəbər verir ki, bunuBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfəri zamanı, eləcə də bu günlərdə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlərə, oradan verdiyi mesajlara diqqət çəkərkən bildirib.

 

Qeyd edək ki, dövlət başçısı bildirmişdi ki, Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq. Bu son əməliyyatla faktiki olaraq Prezidentin fikirləri öz təsdiqini tapmış oldu.

 

M.Məmmədli qeyd edib ki, Laçın rayonu coğrafi mövqeyinə görə strateji əhəmiyyət daşıyır və təsadüfi deyil ki, 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi müharibənin taleyinə, gedişinə əhəmiyyətli təsir göstərdi.

“Yəni Ermənistan bu işğalla Qarabağda mövcud olan separatçı rejim arasında əlaqə yaratdı. Bu da bölgədə cinayətkar rejimin, Ermənistanın hərbi nöqteyi -nəzərdən daha da güclənməsinə  və digər rayonlarımızın işğalına şərait yaratdı.  Məhz bu məqamı nəzərə alaraq cənab Prezident Laçın rayonu üzrə xüsusi nümayəndəni qəbul edərkən belə fikirlər səsləndirib”.

 

M.Məmmədli II Qarabağ savaşında başlanan azadolunma prosesinin bu gün də müxtəlif əməliyyatlar müstəvisində addım-addım irəliləməsinə diqqət çəkib.

 

“Biz 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində Laçını yenidən azad edə bildik. Müharibənin ilk dövründə rayonun müəyyən kəndləri işğaldan azad olundu. Ermənistan II Qarabağ müharibəsində olduqca ağır məğlubiyyətə uğradı və nəticədə Laçın rayonunun danışıqlar vasitəsi ilə konkret qrafiklə azad olunmasına razılıq verdi və bu da  10 noyabr bəyanatda öz əksini tapdı. 

Bu gün də Laçın rayonu özünün strateji əhəmiyyəıtini qoruyub saxlamaqdadır. Rayon mərkəzi daxil olmaqla demək olar ki, kəndlərinin mütləq hissəsi Azərbaycan dövlətinin nəzarəti altındadır. 

Müdafiə Nazirliyinin məlumatına görə artıq Laçın rayonunun Ermənistanla sərhəd ərazisi ölkəmizin nəzarətinə keçib. Laçın istiqamətdinə Ermənistan-Azərbaycan sərhəddində kiçik bir hissə qalıb ki, orada da Azərbaycan dövləti özünün nəzarətini bərqərar edəcək”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ