Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

11:01 04-05-2024 | icon 252 | Sağlamlıq
Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir.

 

Tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.

 

Qeyd olunur ki, ABŞ-də legionellyoza yoluxma hallarının sayı 2000-ci ildə 1100 halla müqayisədə 2018-ci ildə təxminən 10 min haladək yüksəlib. Bu, pnevmoniyanın ağır formasının inkişafı nəticəsində ağciyər toxumasının zədələnməsi ilə özünü göstərən bir xəstəlikdir. Xəstəlik hallarının artmasının səbəblərini müəyyən etmək üçün tədqiqatçılar ölkədə ekoloji vəziyyətin necə dəyişdiyini öyrəniblər. Məlum olub ki, paradoksal olaraq havanın keyfiyyətinin yaxşılaşması ilə legionellyoz daha çox yayılmağa başlayıb.

 

Alimlər müəyyən ediblər ki, havada olan “Legionella” bakteriyaları suda yaşayır və ətrafdakı havadan SO2 (kükürd dioksidi) udur. Bu çirkləndiricinin havadakı konsentrasiyasının azalması bakteriyaları daşıyan su damcılarının daha turşulu olmasına səbəb olur. Bu mühit “Legionella” üçün əlverişlidir - onlar hava damcılarında daha çox yaşayırlar. Bu, insanın canlı bakteriyaları nəfəsinə çəkməsi və buna görə də, təhlükəli “Legioner xəstəliyinə” yoluxması ehtimalını artırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

BMT-də Fələstinlə bağlı səsvermə