“Yeni Kalidoniya Bakı Təşəbbüs Qrupuna güvənir”

15:00 17-05-2024 | icon 266 | Siyasət
“Yeni Kalidoniya Bakı Təşəbbüs Qrupuna güvənir”

Elşad Mirbəşir: "Fransanın imperializm siyasəti bütövlükdə dünya səviyyəsində narahatlıq doğurur"

 

“Yeni Kalidoniyada Fransa imperializminə qaşı mübarizədə Bakı Təşəbbüs Qrupuna güvənir və bunu təsirli platforma hesab edirlər. Yeni Kalidoniya xalqının Bakı Təşəbbüs Platformasına güvənməsi bəzən etiraz aksiyalarında Azərbaycan bayrağının dalğalanması ilə göstərilir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəıti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığına dair bəyanatını, bununla da dünyanın Fransaya qarşı ola biləcək təsirləri istiqamətində bağlı açıqlamasında bildirib.

 

E.Mirbəşir Yeni Kalidoniyada Fransa istibdadının davam etdiyini deyib. Bildirib ki, artıq müasir dövrdə kalonializm siyasətinə qarşı açıq geniş miqyaslı cəsarətli çıxışlar müşahidə olunmaqdadır:

 

“Fransanın imperializm siyasəti təkcə onun təsiri altında olan coğrafiyalarda deyil, bütövlükdə dünya səviyyəsində ciddi narahatlıq doğurur və etiraza səbəb olmaqdadır. Son dövrlərdə Yeni Kalidoniyada Fransanın imperializm siyasətinə qarşı mütamadi çıxışlar artmaqdadır və mübarizə getdikcə təşkilatlanmış, mütəşəkkil xarakter alır. Bu da onu göstərir ki, Yeni Kalidoniyada yeni vəziyyət yaranacaq. Fransa əsarətinin aradan qaldırılma ehtimalı çoxdur. Ona görə də Fransa ciddi narahatlıq keçirir. Hətta Fransa prezidenti Makron Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını keçirərək Yeni Kalidoniyada fövqaladə vəziyyət elan olunmasını istəyib”.

 

Deputat bu qərarın Yeni Kalidoniya əhalisinə qarşı növbəti repressiya addımı olacağını qeyd edib:

 

"Eyni zamanda hazırda iğtişaşların yatırılması istiqamətində Fransa polisi güc tətbiq etməkdə davam edir. Fransa bu prosesdə əlini qana batırıb. Bu toqquşmalarda həyatını itirənlər, xəsarət alanlar var. Bu, Yeni Kalodiya xalqının Fransa imperializminə qarşı qətiyyətli çıxışlarıdır və mütləq nəticəsi olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI