BMT-də Fələstinlə bağlı səsvermə

09:55 11-05-2024 | icon 184 | Dünya
BMT-də Fələstinlə bağlı səsvermə

Azərbaycan lehinə oldu, əleyhinə?

 

Ötən axşam BMT Baş Assambleyası Yaxın Şərqdəki vəziyyət, xüsusən də "İsrailin işğal olunmuş Fələstin ərazilərində qanunsuz hərəkətləri" ilə bağlı fövqəladə sessiyada toplaşıb.

İclasda Fələstinin BMT-yə üzvlüyü ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi qətnamə qəbul edilib.



Səsvermədə iştirak edən 143 dövlətdən 9-u qətnamənin əleyhinə çıxıb. 25 dövlət isə səsvermədə bitərəf qalıb. Maraqlıdır, səsvermə zamanı Azərbaycanın mövqeyi necə olub? 



Versus.az saytı xəbər verir ki, BMT-dəki səsvermə zamanı Azərbaycan sənədin qəbuluna - Fələstinin lehinə səs verib. Ermənistan da oxşar şəkildə səs verib.


Gürcüstan, Böyük Britaniya, Ukrayna və bir sıra digər dövlətlər bitərəf qalıb.
 

ABŞ, İsrail, Macarıstan, Çexiya və bir sıra digər dövlətlər isə sənədin əleyhinə səs verib.

 
 

Sənəd Fələstin Dövlətinin Baş Assambleyada hüquqlarını genişləndirir, lakin ona səs vermək və ya Birləşmiş Millətlər Təşkilatının orqanlarına namizəd kimi çıxış etmək hüququ vermir.
 

Nizamnaməyə görə, Baş Assambleya BMT-də tamhüquqlu üzv statusu verə bilməz - bu, Təhlükəsizlik Şurasının tövsiyəsini tələb edir. Xatırladaq ki, Təhlükəsizlik Şurasə aprel iclasında ABŞ-ın vetosuna görə belə bir tövsiyə verə bilmədi.
 

Ötən gün qəbul edilən qətnamədə Baş Assambleya Fələstin Dövlətinin üzvlük tələblərinə cavab verdiyini qeyd edir və Təhlükəsizlik Şurasına “bu məsələyə müsbət baxmağı” tövsiyə edir.
 

Birləşmiş Millətlər Təşkilatına daxil olan sonuncu dövlət Cənubi Sudan olub (2011-ci ildə).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq