“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO
![icon](http://versus.az/views/versus/images/read.png)
![“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO](http://versus.az/images/article/big/1715404718_170.jpg)
Futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa Çempionatının rəsmi mahnısı təqdim olunub.
Versus.az xəbər verir ki, mahnı “OneRepublic”, “Meduza” və “Leony” qruplarının ifasında səslənib.
Xatırladaq ki, “Avro-2024” 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində keçiriləcək.
Püşkatmanın nəticələrinə əsasən, komandalar aşağıdakı qruplara bölünüb:
A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan
B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya
D qrupu: Avstriya, Fransa, Niderland, Polşa
E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna
F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan
Turnir iyunun 14-ü Münhen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.
![](https://azreform.info/source/banner/index.jpg)
Xəbər lenti
![](http://versus.az/images/article/big/1722011634_860.png)
Dopinqdən istifadə edən idmançı Olimpiadadan kənarlaşdırıldı
O, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək...