"Fransa islah edilməlidir”

14:00 17-05-2024 | icon 272 | Siyasət
"Fransa islah edilməlidir”

Məhəmməd Əsədullazadə: “Neokolonist siyasət aparan ölkədə Olimpiada qəbuledilməzdir”

 

“Bu gün Fransa Yeni Kolidoniyada apardığı siyasəti Cənubi Qafqazda da tətbiq etməyə çalışır, sülhə və təhlükəsizliyə təhdid yaradır”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi kolonial siyasət və buna qarşı etiraz edən kanakların həbsi, komendant saatı Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlara qarşı Bakı Təşəbbüs Qrupunun bəyanatı ilə bağlı açıqlamasında bildirib.

 

M.Əsədullazadə bildirib ki, bu gün Fransanın Yeni Kalidoniyaya qarşı müstəmləkəçilik siyasəti yerli xalqların təməl hüquqlarını, azadlıqlarını pozur. Ekspert digər sülhsevər xalqlar kimi, Yeni Kalidoniya xalqının yekdilliklə müstəqil olub, 21-ci əsrdə dünya birliyinə üzv olmağı haqq etdiyini deyib:

 

“Fransanın Yeni Kalidoniyada tətbiq etdiyi komendat saatı burdakı xalqların hüquqlarımnı əllərindən alınmasına yönəlib. Fransa 21-ci əsrdə yeni müstəmləkə siyasəti yürüdür və bu, beynəlxalq miqyasda qəbul olunmayan bir prosesdir. Qoşulmama Hərəkatı Bakı Təşəbbüs Qrupunun və Azərbaycanın bu prosesdə aktiv olması Fransanın beynəlxalq müstəvidə imperialist, neokolonist siyasət yürütdüyünü bir daha ortaya qoyur”.

 

M.Əsədullazadə bildirib ki, Azrbaycanın Yeni Kalidoniya xalqının müdafiəsi ilə bağlı bəyanat verməsi dünya birliyi tərəfindən təqdirlə qarşılanır. Bu, Azərbaycanın beynəlxalq hüququn yanında durduğunun göstəricisidir:

 

“Fransa senatı və milli assambleyası Yeni Kaladoniyada qanunsuz dəyişikliklri etməklə buradakı xalqarın azadlıqlarının üstündən xətt çəkmək, tamamilə burada dövlət strukturlarının formalaşmasının qarşısını almaq istəyir. Fransa bir xalqı yox etmək niyyətini güdür. Belə neokolonist siyasət aparan ölkədə beynəlxalq Olimpiya oyunlarının keçirilməsini qəbul etmək olmaz. Hesab edirəm ki, dünya birliyi buna qarşı susmamalıdır. Əgər dünyada iqrçiliyə, imperializmə qarşı mübarizə aparılırsa və beynəlxalq hüquq bunu qadağan edirsə, Fransa islah edilməlidir”.

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?