Gürcüstanda rejim dəyişikliyi baş verərsə...
Elşad Mirbəşir: “Qərb seçkilər zamanı Gürcüstanda rejim dəyişikliyini şərtləndirməyə çalışacaq”
“Gürcüstanda baş tutacaq Parlament seçkiləri həqiqətən də regiona çox ciddi təsir göstərə bilər. Birincisi ona görə ki, biz Gürcüstan parlamentində “xarici agentlar haqqında” qanun qəbul edildikdən sonra Qərblə Gürcüstan arasındakı gərginliyin davamlı olaraq şahidiyik. Qərb dairələri hətta Gürcüstana qarşı sanksiyaların tətbiq olunacağını, Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinə yenidən baxılacağını səsləndirməkdədirlər”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert, professor Elşad Mirbəşir Gürcüstanda keçirilən seçkilərin nəticələrinin regiona təsirləri ilə bağlı açıqamasında bildirib.
E.Mirbəşir vurğulayıb ki, Gürcüstanda hazırda etiraz aksiyaları da təşkil edilməkdədir. Onun sözlərinə görə, bu da onu göstərir ki, baxmayaraq ki, Qərbdə, xüsusilə də ABŞ-da “xarici agentlər haqqında” qanun 10 illiklər öncə qəbul olunub, lakin Gürcüstan belə bir qanun qəbul etdikdə Qərb tərəfindən bu, süngü ilə qarşılanıb:
“Səbəb ondan ibarətdir ki, belə bir qanun işləyəcəy təqdirdə Qərbin Gürcüstanın daxili siyasi həyatına, qərarlarına təsir etmək rıçaqları əlindən çıxacaq. Çünki Gürcüstanda fəaliyyət göstərən 25 minə qədər qeyri-hökumət təşkilatı Qərbdən maliyyələşirdi. Bunun da sayəsində bu qeyri-hökumət təşkilatları Qərbdən gələn təlimatlar əsasında fəaliyyət göstərirdilər. Qərb bu təşkilatlarda təmsil olunan çoxsaylı insanları da öz təsir dairəsində saxlayırdı və Gürcüstan hakimiyyətinə bir təsir aləti kimi istifadə edirdi. Ona görə də çox güman ki, Qərb seçkilər zamanı Gürcüstanda gərginlik yaratmağa, rejim dəyişikliyini şərtləndirməyə çalışacaq. Əgər Gürcüstanda rejim dəyişikliyi baş verərsə bu, Ermənistandan sonra Gürcüstanda da Qərbin tam nəzarəti altında olan ikinci rejimin formalaşmasına gətirib çıxaracaq”.
E.Mirbəşir qeyd edib ki, Cənubi Qafqaz regionunda güc balasının Qərbin xeyrinə dəyişməsi baş verə bilər. Onun fikrincə, sözsüz ki, Gürcüstan hakim dairələri də Qərbin bu niyyətlərindən xəbərdardırlar:
“Gürcüstan baş naziri Kobaxidze də səsləndirmişdi ki, Qərb Gürcüstanda keçiriləcək Parlament seçkilərindən istifadə edərək qarışıqlıq yarada bilər. Sözsüz ki, Gürcüstan höküməti gərəkən tədbirləri görməyə çalışacaqlar ki, Qərbin Gürcüstanda planları baş tutmasın. Belə olan halda Gürcüstanda hakim partiya seçkilərdə inanmlı qələbə qazanacaqdır. Bundan sonra hesab edirəm ki, hakim partiya daha müstəqil siyasət yürüdəcəkdir. Bunun anonsunu da artıq Kobaxidze verib. Prezidentə qarşı impiçtmen məsələsi də gündəliyə gətiriləcəkdir. Beləliklə, Qərbin Gürcüstandakı bütün təsir imkanlarının əlindən çıxarılması istiqamətində addımlar atılacaqdır. Bu da bütövlükdə Qərbin Cənubi Qafqaz regionunda mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, bu, bütövlükdə region üçün müsbət bir hal olar. Çünki biz görürük ki, Qərb Ermənistandan istifadə etməklə Cənubi Qafqaz regionunda bütövlükdə vəziyyəti gərginləşdirməyə çalışır. Amma Gürcüstan da olduqca strateji əhəmiyyətli coğrafiyada yerləşməkdədir. Və Gürcüstanda Qərbin niyyətləri baş tutmayacaqsa, bu, bütövlükdə regionun rifahı, təhlükəsizliyi üçün yaxşı nəticələrə gətirib çıxaracaq”.
T.Qafarlı
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub