"Azərbaycan özü diqtə edən dövlətdir indi"

20:44 25-10-2024 | icon 85 | Siyasət
"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Ağasif Şakiroğlu: “Azərbaycana müəyyən məsələləri diqtə etmək istəyirlər, amma anlamırlar ki…”

 

"Avropa Parlamentinin fəaliyyəti Azərbaycana qarşı hər zaman qərəzli olub. Bunu biz müstəqillik illərinin ilk mərhələsində də, sonrakı mərhələsində də, xüsusilə də 44 günlük Vətən savaşı zamanında istər Avropa Parlamentinin, istərsə də Avropa Parlamentinə üzv dövlətlərin Azərbaycana qarşı necə ikili standartlarla yanaşdığını, necə düşmənçilik mövqeyi sərgilədiyini və erməni lobbisinin əlində necə alətə çevrilmiş bir qurum olduğunun şahidi olduq".

 

Versus.Az xəbər verir ki, bunu Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədri hesab edir ki, Avropa Parlamentinin nə deməsi heç də önəmli deyil. Onun sözlərinə görə, önəmli olan Azərbaycanın tutduğu yoldur. Hansı ki, bu yol Azərbaycanı yüksəklərə və qələbələrə aparır:

 

"Bir çox dövlətləri öz maraqlarında alət etmiş Avropa Birliyi və Avropa Birliyi Azərbaycanla digər dövlətlərlə danışdığı dillə danışa bilməməsini həzm edə bilmir. Düşünürəm ki, məlum hadisə COP 29 beynəlxalq tədbiri öncəsi Azərbaycana qarşı təxribatdır. Belə demək mümkünsə, Azərbaycandan ala bilmədiklərini bu cür uşaqca gedişlərlə əldə etmək istəyirlər, amma alınmayacaq. Azərbaycan xalqı monalitdir, xalq dövlətin düşmənlərinə qarşı siyasi mövqeyindən, siyasi rəngindən asılı olmayaraq vahid cəbhədə birləşib. Bu gün ölkədə iqtidar-müxalifət həmrəyliyi var və daxili auditoriyanı parçalamaq, daxili auditoriyanı spekulyasiya etmək cəhdləri də uğursuzdur. Hesab edirəm bu tip məsələlərə Avropa, Qərb dövlətlərində, erməni lobbisinin əlində oyuncağa çevrilmiş beynəlxalq qurumların Azərbaycana qarşı göstərdiyi bu tavrlara soyuqqanlı yanaşmaq lazımdır. Və həmin o qurumlarla ikitərəfli əməkdaşlıqlara yenidən baxmaq zamanı gəlib. Azərbaycan daxilində dağıdıcılıq, pozuculuq fəaliyyəti fiaskoya uğramış bu tip beynəlxalq təşkilatlar bəyanatlar verməklə, kağız parçaları qəbul etməklə öz hikkələrini göstərmiş olur. Və Azərbaycana müəyyən məsələləri diqtə etmək istəyir. Amma anlamır ki, Azərbaycan diqtə ilə oturub-duran dövlət deyil, Azərbaycan özü diqtə edən dövlətdir".

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?