AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

20:36 25-10-2024 | icon 86 | Siyasət
AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

Məhəmməd Əsədullazadə: “İmperialist Fransanın Azərbaycanda insan hüquqlarının pozulması iddiası gülüncdür”

 

"Fransanın Azərbaycana qarşı qeyri-konstruktiv qərəzli siyasəti davam edir. İkinci Qarabağ müharibəsindən sonra Fransa bölgədə formalaşmış yeni siyasi nizamı qəbul etmir”.

 

Versus.Az xəbər verir ki, bunu Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq qeyd edib ki, Fransa Azərbacana qarşı müxtəlif mövzularda təzyiqlər etməyə çalışır. Bu, xüsusilə insan hüquqları istiqamətində, həmçinin digər məsələlərdə həyata keçirir:

 

“Amma Fransa özü imperialist siyasət həyata keçirir, bir çox xalqları hələ də əsarət altında saxlayır, Fransada getdikcə insan hüquqları da kobud şəkildə pozulur. Ona görə də Fransa tərəfinin Azərbaycana qarşı insan hüquqları ilə bağlı iradları siyasi riyakarlıqdır. Fransa Azərbaycanın daxili işinə qarışa bilməz. Fransa indi də öz imperialist xislətindən əl çəkmir. Yeni Kolendoniyada və digər Dənizaşırı bölgələrdə xalqların hüquqlarını pozub soyqırıma məruz qoyub. 21-ci əsrdə Əlcəzairdə böyük bir soyqırım həyata keçirdi. Bir sözlə, İmperialist Fransanın Azərbaycanda insan hüquqlarının pozulması iddiası gülüncdür”.

 

Avropa İttifaqına gəldikdə isə M.Əsədullazadə bu qurumun da Azərbaycana qarşı qərəzli mövqe tutmasını absurd sayıb:

 

“Avropa İttifaqı erməni separatçıları, terrorçularla bağlı qətnamələr qəbul edib, çağırışlar həyata keçirir. Ukrayna separatçıları ilə tamamilə başqa mövqe ortaya qoyur, amma Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qətnamələr qəbul edir. Yəni biz Avropa İttifaqının da mövqeyində ikili standartları görürük. Avropa İttifaqında da insan hüquqları getdikcə deqradasiyaya uğrayır”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?