“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

15:00 21-10-2024 | icon 287 | Siyasət
“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Kamran Ramazanlı: “Qərb bölgədə Rusiyanı sıxışdırmaq üçün çabalayır və...”

 

“Bu seçkilər Gürcüstandakı seçkiləri bölgədəki vəziyyəti dəyişdirəcək seçki adlandırmaq olar”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi təhlilçi Kamran Ramazanlı Gürcüstanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti ilə bağlı şərhində bildirib.

 

K.Ramazanlı Gürcüstandakı seçkiləri bölgə üçün dəyişim yarada biləcəlk maraqlı mərhələ hesab edib:

 

“Azərbaysan müstəqillik illərindən bu günə qədər Gürcüstanla sıx əməkdaşlıq edir. Azərbaycan- Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə gəlib çatıb. Ulu öndər Heydər Əliyevin zamanından başlayaraq bu müttəfiqlik əlaqələri artan müstəvidə davam edir. Prezident İlham Əliyevlə Gürcüstanın indiki baş naziri İrakli Kobaxidze  ilə şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər iki ölkə arasında hansı münasibətlərin olmasından xəbər verir”.

 

K.Ramazanlı qeyd edib ki, bu gün bölgədə mövqcud olan stabilliyi pozmaq cəhdində bulunan böyük güclər də var. Onun sözlərinə görə, 44 günlük savaşdan sonra bölgəmizdə kökü kəsilən separatçılığın yenidn dirçəlməməsi üçün bu stabilliyin qorunması çox vacibdir. Ekspert hesab edir ki, bu sabitlik Gürcüstanın da öz ərazi bütövlüyünü təmin etməsindən sonra möhkmlənə bilər:

 

“Biz Azərbaycan vətəndaşları, Gürcüstanda doğulmuş azərbaycanlılar kimi Gürcüstan Azərbaycan münasivbətlərinin yüksək səviyyədə inkişaf edtdirilməsində maraqlıyıq və buna inanırıq. Gürcüstanın indiki hakimiyyəti ilə Azərbayacan arasında dost münasibətləri var. Azərbaycan dövləti tərəfindən orda da çoxsaylı layihələr həyata keçirilir. Xalqlar arsasındakı dostluq qədimdir. İnanırıq ki, Gürcüstanda yaşayan Azərbaycan xalqı da sülhə, sabitliyə-yəni Gürcüstanın indiki hakimiyətinə dəstək verəcək. Kim bölgədə sülh, Gürcüstan-Azərbaycan dostluğunu istəyirsə, təbii ki, bu qüvvələrin hakimiyyətdə qalmasını istəyirik. Hakim partiyanın seçkilərdə qalib gəlməsi bu nöqteyi nəzərdən Azərbaycaın maraqlarına uyğundur”.

K.Ramazanlı qeyd edib ki, bölgədə gərginlik yaratmağa çalışan qərbin bölgəyə təsirləri xoşməramlı deyil. O, Rusiya-Urayna müharibəsini, 2008-ci ildə Gürcüstan- Rusiya arasında olan qısa müddətli müharibəni həmin təsirlərin nəticəsi kimi dəyərləndirib:

 

“Əgər Qərb bölgədə stabillik istəyirsə, məsələyə fərqli yanaşmalıdır. Böyük ehtimalla seçkidən sonra niyyətləri qarışıqlıq yaratmaüdır. Amma bu cəhdlər heç bir fayda verməyəcək. Çünki Gürcüstan xalqı doğru seçim etməyi bacaracaq. Qərb bölgədə Rusiyanı sıxışdırmaq üçün çabalayır və özlərinin hegemonluğunu təmin etmək üçün Azərbaycana qarşı təzyiq mexanizmini işlədir. Bunların da heç bir fayda verməyəcəyinə inanıram. Azərbaycan müstəqil siyasət yeridir və bölgənin digər dövləti olan Gürcüstanın Azərbaycanla qarşılıqlı əməkdaşlıq, sülh şəraitində addımlaması güclərin birləşdirilməsi ilə əks təsirlərə qarşı diqəniş göstərə bilər. Azərbaycanın sülhsevər qonşuları, o cümlədən Rusiya ilə müttəfiqlik müqavilələri var. Bu həmin Qərb dairələrini narahat edir və bölgədə stabilliyi pozmaq üçün əllərindən gələni əsirgəmirlər”.

 

K.Ramazanlı Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. layihələrə diqqət çəkib. O, iki ölkə arasında dostluq münasibətlərinin birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına mühüm töhfələr verdiyini qeyd edib:

 

"Bunlar beynəlxalq, regional əhəmiyyətli layihələrdir. Bu layhələrdən nəinki Azərbaycan, digər dövlətlər, eləcə də Gürcüstan, o cümlədən Gürcüstanda yaşayan yarım milyona qədər soydaşımız, yerli xalq yaralanır. Məlumdur ki, SOCAR şirkəti tələblərin təhsil haqqının ödənilməsi, müəyyən iş yerlərinin açılması, tələbələrə təqaüdün verilməsini həyata keçirməklə,  soydaşlarımızın Gürcüstanın layiqli vətəndaşı kimi elmi, siyasi mühitində layiqli yer tutmasına kömək edir. Azərbaycan dövləti Diasporla  iş üzrə dövlət Komitəsinin timasalında Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Dmanisi, Qardabani, Bolnisi, Marnuli, Rustavi və sair ərazilərində mədəniyyət təhsil mərkəzləri açmaqla o layihləri maliyyələdirdi. Bütün bunlar hər iki dövlətin münasibəltərinə uyğun şəkildə edilir. Bu layihələr çərçivəsində Gürcüstanın dövlət büdcəsinə kifayət qədər vəsaitlər daxil olur. O da ölkənin rifahı üçün çox önəmli rol oynayr”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?