“Bu hər kəsə, İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu”

00:00 04-04-2023 | icon 180 | Siyasət
“Bu hər kəsə, İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu”

 

 

“Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin  nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir”.

 

Bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı bildirib.

 

 Deputat bildirib ki, prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir. Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz.

 

“Kimdir bu xəyanətkarlar? İlk növbədə şərəfini heysiyyatını İrana satanlar. Əbalı narkobaronların və əmmaməli terrororistlərin yuvası İran öz yerində. İndi daxildəki digər və əsas xəyanətkar qrup antimilli Şura nə edir? Siz onların rəhbərlərinin birinin İranın bu mövqeyinə etirazlarını eşitmisizmi? Biri təqsirsizlik prizumpsiyasından danışır, digəri İranı, onun agentlərini günahsız çıxarmağa çalışır. Necə ki, bundan öncəki vətən xainlərini utanmazcasına siyasi “qəhramana” çeviriblər, bu gün də eyni ampluada. Bu cür siyasi fəaliyyət olarmı? Vətən xainini müdafiə etmək Vətənə xəyanətin ən ağır formasıdır. Əminəm ki, bu xəyanətkarlar Fazil Mustafaya qarşı terrora görə qısa müddət ərzində saxlanılan şəxsləri yaxın günlərdə siyasi məhbus elan edib xəyali siyahılarını genişləndirəcəklər. Bu siyahının genişlənməsində maraqlı olan Fransa kimi dövlətlər, Avropa Parlamenti korrupsiya yuvası, USAİD kimi təxribat mərkəzləri hazırdır. Amma olsunlar, buyursunlar bundan da çox hazırlaşsınlar, nəticədə nəyi dəyişə bilirlər?”

 

Deputat erməni havadarlarının son 3 ayda Laçın yolu ilə bağlı qəbul etmədikləri qətnamə, vermədikləri bəyanatlara diqqət çəkib.

“Türkiyə türklərinin bir sözü var, adam kimi ADAM, məhv etdi hamısını, Sorosunu da, Fransasını da.  Köstəbək kimi gizli yollarla silah daşıyırdılar, indi daşısınlar görək necə daşıyırlar. Yəqin ki, Şuşannın daha iki kəndində nəzarəti bərpa etməyimizlə bağlı görüntüləri hamınız gördüz, budur cənab İlham Əliyevin cavabı. Budur Heydər Əliyevin yolu.

 

Cənab İlham Əliyev pis bir şey təklif etmir ki, sadəcə deyir ki, getmiyin girmiyin o torpaq yollara, hazır yol çəkmişik, gəlin insan kimi buraxılış məntəqəmizdən keçin gedin.

 

Eyni zamanda daxildəki o xəyanətkar ünsirlər bir nəticə çıxarsınlar, onlar da artıq çıxsınlar bu torpaq yollardan, bataqlıqlarda, çirkabdan, əl çəksinlər gizli əməkdaşlıqlardan, xaricdə himayəçilər axtarmaqdan. Bu dövlətlə dövlətçilik etmək olmaz.

 

Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda yaxalandı. Bu hər kəsə, İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu. Təbii ki, bu son deyil,  Dövlət Molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam ediləcək”.

  

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”