"Növbəti silahlı hücum ehtimalı var"

11:14 05-04-2023 | icon 381 | Geopolitika
"Növbəti silahlı hücum ehtimalı var"

Turan Rzayev: "Təbrizdəki Baş Konsulluğumuzun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır"

 

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

Nə baş verir?

 

Politoloq Turan Rzayev Versus.az-a şərhində bildirib ki, onsuz da gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatdı:

 

"Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi.

Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi.

Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı. Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı".

 

Politoloq hesab edir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır. O,  bu təxribadan sonra Tehrandakı səfirliyimizdə olduğu kimi növbəti silahlı hücumun olması ehtimalını önə çəkib:

 

"Bunu “Hüseyniyyun” qruplaşmasının bəyanatı da təsdiq edir. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.
Qruplaşmanın bəyanatındakı “MOSSAD nümayəndəliyi” ittihamı və “Azərbaycan hüseynçiləri” nüansı diqqət çəkir. Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır. Qruplaşmanın bəyanatındakı “Azərbaycan hüseynçiləri” nüansı buna dəlalət edir.

“MOSSAD nümayəndəliyi” ittihamı isə konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir. Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ