Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır

10:55 12-04-2023 | icon 158 | Sosial
Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır

Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir.

 

Xezerxeber.az-ın məlumatına görə, bina 1988-ci ildə inşa edilib.

 

Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir.

 

Elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı baxımsız haldadır. Dərman vasitələri isə pis şəraitdə saxlanır. Problemlər bununla yekunlaşmır.

 

Həkim məntəqəsinin müdiri Telman Cəfərov da baxımsızlıq ucbatından insanlara normal xidmət göstərə bilmədiklərini etiraf edib.

 

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həkim məntəqəsinin vəziyyəti qənaətbəxş deyil. Bu barədə aidiyyəti üzrə məlumat verilib. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq həmin məntəqənin gələcəkdə təmiri planlaşdırılır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Azərbaycanlı futbolçu xaricə köçdü

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

“Uşaq Avroviziya”nın QALİBİ

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM