"Qərbi azərbaycanlıların siyahıya alınması aparılır”

18:21 12-04-2023 | icon 238 | Siyasət
"Qərbi azərbaycanlıların siyahıya alınması aparılır”

Mahir Abbaszadə: “Onların öz torpaqlarına qaytarılması həm qaçqınlar, həm Azərbaycan üçün ən böyük mükafat olacaq”

 

 “Qərbi Azərbaycanlılar öz ata -baba yurdlarına qayıtmalı və orada yaşayışları təmin edilməlidir. Bununla bağlı cənab Prezidentin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işçi qrupu yaradılıb. Həmin işçi qrup Azərbaycanın tarixi torpaqlarından qaçqın düşmüş qərbi azərbaycanlıların, əmlaklarının siyahıya alınmasını, eləcə də qaçarkən düşdükləri mühit, statusla bağlı ciddi işlər aparır. Bu adamların geriyə-öz torpaqlarına qaytarılması həm qaçqınlar, həm Azərbaycan üçün ən böyük mükafat olacaq”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Qərbi Azərbaycanlıların siyahıya alınması ilə bağlı açıqlamasında bildirib.

 

O, qeyd edib ki, bu gün Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılması ilə bağlı cənab prezidentin rəhbərliyi ilə kifayət qədər işlər görülməkdədir:

 

“Biz hamımız bilirik və tarixi faktlar, sənədlər sübut edir ki, azərbaycanlıların Qərbi Azərbaycandan- indi Ermənistandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə -1905–1920, 1948–1953, 1988–1992-ci illərdə aparılıb. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Eyni zamanda iyirminci əsrdə əsrlər boyu Ermənistanın şərqində yaşamış azərbaycanlılar, sosial sahədə sıxışdırılaraq və deskriminasiya olunaraq çağırılmamış qonağa çevriliblər. 1918–1920 illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovulub. 1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olunub. 1988–1989-cu illərdə son etnik təmizlənmə vaxtı isə yerdə qalanlar qovuldular. Heç şübhəsiz ki, azərbaycanlılara qarşı yönələn erməni vandallığını sübut edən çox faktlar, sənədlər var ki, bütün bunla dünya ictimaiyyətinə çatdırılmalıdır”.

 

Deputat hesab edir ki, tarixin müəyyən mərhələlərində bu və ya digər haqsızlıqlarla üzləşən qərbi azərbaycanlıların bütün haqları özlərinə qaytarılmalıdır:

 

“O şəxlərin geri qaytarılması bizim siyasətin əsas spektrlərindən biridir. Biz isət ölkə daxilində, istər beynəlxalq təşkilatlar müstəvisində o prosesi həyata keçirmkdəyik”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ