“Son təxribatlarda İran izi görünməkdədir”

19:02 12-04-2023 | icon 403 | Geopolitika
“Son təxribatlarda İran izi görünməkdədir”

Ədalət Verdiyev: "Ermənilərin Laçın yolu istiqamətində yeni mövqelərə yerləşmək niyyəti baş tutmadı"

 

Ermənistan Laçın rayonu istiqamətində atəşkəsi pozmaqla gərginliyi qoruyur. Hərbi təxribatların məhz Vaşinqton görüşü ərəfəsində baş verməsi birmənalı qarşılanmır.  Ermənilərin müharibə istəklərinin arxasında müəyyən maraqlı güclərin dayandığını istisna etməyən ekspertlər bir neçə versiya üzərində dayanıb.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistan yenidən bölgədə hərbi gərginliyi artırması İranın prosesə cəlb edilməsinə hesablanır.

 

O, digər əsas məqsəd olaraq ermənilərin keçən ayın axırlarında Azərbaycan ordusunun nəzarətə götürdüyü Laçın yolu və alternativ yollardan heç olmasa birini öz nəzarəti altına salmaqdan ibarətdir:

 

“Ermənilər bu məqsədə də nail ola bilmədi. Ermənilərin Laçın yolu istiqamətində yeni mövqelərə yerləşmək niyyəti baş tutmadı.  Azərbaycan ordusunun heç bir mövqe itkisi yoxdur, əksinə düşmən üzərində mənəvi, proxoloji üstünlük əldə etmişik. Hazırda ərazidə qismən sakitlik olsa da, gərginlik qorunub saxlanılmaqda, esksolasiya təhlükəsi qalmaqdadır. Yəni, erməni tərəfindən növbəti təxribatların olması istisna deyil”.

 

Ekspert eyni zamanda qeyd edib ki, Rusiya Azərbaycan Ermənistan danışıqlarının öz ərazisindən kənarda keçirilməsinin əleyhinədir. O, bildirib ki, danışıqların nə Brüsel, nə də ABŞ-da sülhlə nəticələnməsi Rusiyanın maraqlarına ziddir və bu faktor onun regiondakı fəaliyyətini kifayət qədər məhdudlaşdıra bilər:

 

“Son baş verən təxribatlarda İran izi görünməkdədir. Lakin Rusiyanın da bəzi məsələlərdə  Azərbayacanla birlikdə, bəzi məsələlərdə isə Azərbaycana qarı fəaliyyət göstərdiyi də şübhə doğurmur. Məsələn, sülhməramlı kontingentin Qarabağdakı fəaliyyəti tamamilə Azərbaycan maraqlarına ziddir.  Zaman-zaman Rusiya, maraqları ilə üst-üstə düşdüyünə görə  Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası  məsələsində Azərbayacanı dəstəkləyir. ABŞ-da görüşün baş tutmaması isə dediyim kimi Rusiyanın maraqlarına uyğundur”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ