"Qızların təhsil və peşə inkişafına dair Forum"

14:49 11-04-2023 | icon 199 | Sosial
"Qızların təhsil və peşə inkişafına dair Forum"

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan "Təhsil və peşə hər bir qızın haqqıdır!" layihəsi çərçivəsində Salyan rayonunda Forum keçirilb.

  

SQPR İctimai Birliyinin mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə rayon icra hakimiyyəti, təhsil, səhiyyə, gənclər və idman, qeydiyyat, ailə, qadın və uşaq problemləri ilə iş və digər strukturların iştirakı ilə Salyan tarix-diyarşünaslıq muzeyində təşkil olunan Forumda 50 nəfər iştirak edib. Öncə iştirakçılar vasitələr və mövzuya aid hazırlanan kitabça ilə təmin olunublar.  

 

Forumun açılışda SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Sevinc Səmədova və digər rəsmilər çıxış edərək, bu maarifləndirici tədbirin bölgə gəncləri, qızlar üçün əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən nikahlarla mübarizə və bu sahədə gənc qızların tam təhsil və peşə inkişafı təbliği sahəsində görülməli işləri qeyd etdilər.

 

Layihə eksperti, ADTGT sədri Asif Əsgərli təqdimat çıxışında regionlarda erkən nikahların vəziyyəti, qızların yuxarı siniflərdə təhsildən yayınması halları, peşə və karyera inkişafından kənarda qalma məsələləri və onunla mübarizə sahəsində müxtəlif qurumların birgə maarifləndirici, sosial fəaliyyətləri qeyd edib. Ekspert erkən nikahların gənclərin təhsil və peşə inkişafına, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, mübarizə və bu sahədə vacib alət və mexanizmlərdən danışıb.

 

A.Əsgərli bölgələrdə erkən nikahlarla effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, hesabat, PR kampaniyası və şəbəkələşməni də xüsusi vurğuladı. Forum iştirakçıların geniş və əhatəli müzakirə və fikir mübadiləsi ilə yekunlaşıb.

 

Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında icra olunan layihənin əsas ideyasını bu regionlarda erkən nikahların gənc qızlara, onların tam təhsil, peşə sahibi olmalarına, mənəvi-psixoloji durumuna, cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu sahədə vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.

Günay

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...