"Fransanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur"

16:10 13-04-2023 | icon 209 | Siyasət
"Fransanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur"

Bəhruz Məhərrəmov: “Fransanın bu gün arahatlıq ifadə etməsi siyasi saxtakarlıqdır”

 

“Rəsmi Parisin Azərbaycan-Ermənistan şərti sərhədində 11 aprel tarixli təxribatla əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı Fransanın bizə yaxşı bəlli olan riyakar mahiyyəti baxımından gözlənilən idi. Çünki Ermənistanın planlı və düşünülmüş şəkildə həyata keçirdiyi bu təxribatın təhrikçi və təşkilatçılarından biri məhz Fransadır”.

 

Versus.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Bəhru Məhərrəmov Fransanın Azərbaycana qarşı qərəzli və yalanla dolu bəyanatı ilə bağlı bildirib.

 

Deputat bildirib ki,  Bakı və İrəvan arasında sülh danışıqları formatının ardıcıllığı, o cümlədən Brüssel prosesinin davamlılığı məhz Emmanuel Makronun sabotajları və kustar xarakterli müdaxilələri ilə pozulub.

 

Daha sonra bölgəyə Avropa İttifaqı missiyası adı altında yerləşən Fransa xüsusi xidmət orqanlarının missiyasının təhriki ilə  təlqin etdiyi cinayətkarcasına özünəgüvənmə ilə İrəvan məqsədyönlü şəkildə əvvəlcə təcavüzkar ritorika, daha sonra təhrikedici davranışlarla vəziyyəti gərginləşdirməyə başladı. Yəni Fransanın bu gün bölgədə qeyri-sabitliklə bağlı narahatlıq ifadə etməsi siyasi saxtakarlıqdır:

 

“Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistanın ərazi bütövlüyündən danışır. O zaman Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıdıqları Praqa prosesini Fransa niyə pozurdu? Yaxud əgər ərazi bütövlüyü başda olmaqla beynəlxalq hüququn prinsipləri Paris üçün əhəmiyyət kəsb edirsə, ATƏT-in Minsk Qrupunun həmsədri olduğu 30 ilə yaxın bir dövrdə Fransa nə zaman Azərbaycanın ərazi bütövlüyünün pozulmasını pisləyən mövqe ortaya qoyub? Müasir dövrdə müstəmləkə siyasəti yürüdən, Korsika, Yeni Kaledoniya kimi ərazilərdə neokolonial təfəkkür nümayiş etdirən Fransanın, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur.

Yenidən təxtibat mövzusuna qayıtsaq, Fransanın Ermənistana dəstək bəyanatının ayın 11-i yox, bir gün sonra verməsi özü də bu təxribatların təşkil olunduğunu, lakin plan üzrə getmədiyini göstərir. Belə ki, erməni tərəfin hadisədən dərhal sonra səhvən yaydığı  görüntülərdən də aydındır ki, haylar  təhrikedici addımlarla Azərbaycanı hücum etməyə təşviq etməyi planlayırdı, lakin hərbçilərimizin təmkinli davranışı onların planını pozduqda ermənilər özləri hücuma keçir, lakin çevik və adekvat cavabla düşmən yerinə oturdulur.  Aydındır ki, erməni mediası və İrəvanın mövqeyini müdafiə edən xarici dairələrin təbliğat maşını, o cümlədən təşkilatçılardan biri kimi Fransa başqa bir ssenari üzrə hazırlaşmışdılar. Lakin Azərbaycanın bu təxribat planını pozması İrəvanın özünün ziddiyyətli bəyanatlar verməsinə, İran və Fransa seqmetində isə çaşqınlığa yol açdı. Fransa Xarici İşlər Nazirliyinin əvvəldən planladığı bəyanatı bir kənara qoyub yeni mövqe formalaşdırması isə, təbii ki, zaman aldı və nəticədə Fransa özünün riyakar simasını ayın 12-də ifadə etdi”. 

 

B.Məhərrəmov bildirib ki, nəhayət Fransa anlamalıdır ki, bu kimi siyasi təxribatlarla, bölgədə terrora və müharibə cinayətlərinə rəvac verməklə heç nəyə nail ola bilməz və Parsi ilk növbədə özünün Cənubi Qafqazda maraqlarını təhlükəyə atır:

 

“O maraqlar ki, reallaşması yalnız və yalnız Azərbaycanın iradəsindən daha çox asılı olmaqdadır. İkincisi, Paris öz kiçik bacısını radikal davranışlara sövq etməklə Ermənistanın 105 illik dövlətçiliyini təhlükəyə atır. Belə ki, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslan haqqı var ki, bizə yönəli təhdidləri aradan qaldırmaq üçün bütün zəruri bildiyi tədbirləri həyata keçirsin, o cümlədən təhdidləri məkanından asılı olmayaraq özünün bildiyi formada aradan qaldırsın. Ermənistan özü də nəyahət ki, anlamalıdır ki, Fransa min kilometrlərlə məsafədən gəlib hayları müdafiə etməyəcək. Cənab İlham Əliyevin ötən ilin noyabrında  Şuşadan da bəyan etdiyi kimi, "heç kim onları xilas etməyəcək". Necə ki, ayrı-ayrı nümunələrdə, məsələn 2008-ci ildə Gürcüstanda biz Fransanın analoji satqın və qorxaq davranışlarına şahid olmuşuq. Yəni ermənilər Parisin sərsəm bəyanatlarına və vədlərinə, o cümlədən Aİ missiyasına güvənməklə tarixi səhvləri təkrarlamamalıdır”.(hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ