Bir yalanın sirri

12:21 16-04-2023 | icon 265 | Siyasət
Bir yalanın sirri

Nəyə nail olmaq istəyirlər?

 

 

 

 

 

 

ELNAR MƏMMƏDLİ
/Siyasi şərhçi/

 

Görəsən, Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra diplomatik cəbhədə də əldə etdiyi uğurları kölgələmək istəyən erməniləri və “erməni düşüncəli”ləri ömrü cəmi bir neçə saat çəkən yalanlar uydurmağa nə vadar edir və əsl həqiqətdə onlar nəyə nail olmaq istəyirlər?

 

İlk növbədə qeyd edim ki, həmin bu dairələr cəmi bir gün əvvəl öz təsəvvürlərində hay-küylü, qalmaqallı və sesnsasion bir məlumat paylaşdılar. Niderland parlamenti Azərbaycanın rəsmi təmsilçisi, fövqəladə və səlahiyyətli səfir, Birinci-vitse prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşdən imtina edib. Səbəb isə güya ölkəmizdə demokratiya, insan hüquqları, söz azadlığının pozulması, xüsusi ilə də dindar kəsimə münasibətdə bu halların daha çox özünü göstərməsi kimi təqdim olundu. Aha, dərhal da ermənilər, “erməni düşüncəlilər” və əlbəttə ki, “milli satqınlar” bayram havasına büründülər. Niyə? Çünki güya bunların “arqumentləri” əsas götürülərək Azərbaycan dövlətinin təmsilçisi ilə Avropa dövlətlərindən birinin qanunverici orqanında görüşdən imtina olunmuşdu.

 

Baxın, burada ermənilərdən gözlənilən də bu feyk xəbərə və ya “xəbərci”yə sevinməkdir və onlar bu uydurmaya nəinki sevindilər, hətta bu “sevincli xəbər”in mənbəyini də necə deyərlər sevə-sevə paylaşdılar, mənbə biz deyilik, “özləri”dir, dedilər, yazdılar və sosial şəbəkələrdə paylaşdılar. Yəni, erməni və içimizdəki “milli xain”lər toy-bayram etdilər ki, “parlaq diplomatik qələbə” qazanıblar. “Qələbə”nin adı isə “Azərbaycan dövlətinin rəsmi təmsilçisinin Niderlandda parlamentdəki görüşə buraxılmaması” oldu. Amma məsələ həqiqətən də belə idimi?

 

Gəlin əsl həqiqətin nədən ibarət olduğuna diqqət edək. Beləliklə, bu feyk xəbərə sadəcə fikir verməyən dövlətimiz və onun Niderlanddakı səfirliyimiz məlumat paylaşdı ki, dövlətin rəsmi nümayəndəsi o yalanın yayıldığı anlarda məhz millətimiz və dövlətimizin, yəni, 44 günlük vətən müharibəsinin memarlarının mənafeləri, həqiqətlərimizin, xüsusi ilə də Ermənistanla sülh prosesindəki konstruktiv mövqeyimizin, həmçinin Laçın yolundakı askiyamızla əlaqədar uydurulan erməni yalanlarının mahiyyətinin və digər milli məsələlərimizin niderlandlı parlamentarilərə izah etməklə, gerçəkləri ortalığa qoymaqla məşğul idi. Ölkəmizin rəsmi təmsilçisi ilə görüşlərdən nəinki imtina olunmuşdu, əksinə Elçin Əmirbəyov bu anti milli ünsürlərin yalan məlumat istehsal edərək ondan zövq aldıqları zamanda hollandiyalı siyasətçilərə izah edirdi ki, “Ermənistan əslində nə ilə məşğuldur və nə səbəbdən qonşusu Azərbaycana böhtanlar atır, ona əsassız ərazi iddiaları irəli sürür, sərhəddə təxribatlar törətməklə qan axıdır, Zəngəzur dəhlizinin region, Avropa və dünya, o cümlədən “Orta dəhliz” üçün əhəmiyyəti nədən ibarətdir, Laçın yolunda heç bir blokada yoxdur, sadəcə eko-fəalların haqlı olaraq tələbləri var, iki ölkə arasında sərhədlər delimitasiya və demorkasiya olunmalı və nəhayət, ədalətli sülh müqaviləsi imzalanmalıdır.” Elə həmin görüşlərdə Avropa İttifaqının regional təhlüksəizlik məsələsində artan rolu barəsində danışan  fövqəladə və səlahiyyətli səfir, Azərbaycan dövlətinin rəsmi təmsilçisi cənab E.Əmirbəyov yenə təkrar edirik, məhz bizim hamımızın milli mənafelərini ehtiva edən, Prezident İlham Əliyevin Ermənistanla normallaşma prosesində atdığı addımların, həyata keçirdiyi siyasətin həqiqi mahiyyətini Avropa dövlətindəki siyasətçilərə açıq və çox sadə məntiqlə izah edir və bu da əslində qəbul olunurdu.

 

Bu uğurlu görüşlər haqqında isə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri R.Mustafayev tvit ataraq holland siyasətçilərinə, parlamentarilərə, bu ölkənin 6 partiyasının təmsilçilərinə təşəkkürlərini bildirib ki, çox faydalı və səmərəli fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrə, həmçinin cənubi Qafqazda baş verən siyasi və geo-siyasi proseslərə dair faydalı müzakirələr olub. Deməli, bununla da “ciddi uğurdan” başı gicələnən, toy-bayram edən ermənilərin və sapı özümüzdən olan “erməni düşüncəlilər”in yalanları nəinki ifşa oldu, hətta onlar rüsvay da oldular.

Bəs əslində nə baş vermişdi, Azərbaycanın döyüş meydanında qazandığı qələbənin, diplomatik cəbhədə də əldə etdiyi uğurların fonunda erməniləri və “erməni düşüncəli”ləri ömrü cəmi bir neçə saatlıq olan yalanları uydurmağa nə vadar eymişdi? və ya “Bir yalanın sirri” nədədir?

 

Mən həqiqəti yazım, siz də lütfən, onu daha diqqətlə oxuyaraq, beyninizdə təhlil edərək düzgün nəticə çıxarın.  

Birinci səbəb odur ki, Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə başlatdığı yalan-böhtan kampaniyası, Qarabağdakı tör-töküntülərə status almaq ümidləri sözün əsl mənasında iflasa uğrayıb. Nə BMT, nə ATƏT, nə Avropa Şurası, nə Rusiya, nə ABŞ və nə nə nə.... onların istədiklərinə heç bir ciddi reaksiya vermədilər, Azərbaycana qarşı onlar tərəfindən gözlədikləri xarici “təzyiq” sadəcə “növbətçi bəyanatlar” dan, məsələn: “tərəfləri problemləri danışıqlar vasitəsi ilə həll etməyə çağırırıq”dan o tərəfə keçmədi. “Bacı” Fransa da ancaq bəyanat verir, hə bir də köhnə-yeni “bacı” İranın da əlindən gələn ancaq Tehrandakı səfirliyimizə və deputat Fazil Mustafaya qarşı terror əsdirmək oldu. Dünən də Xameneinin xarici məsələlər üzrə müşaviri Ə.Ə.Vilayəti məqalə yazdı ki, biz Azərbaycana hücum etmərik. Amma yazmadı ki, niyə Ermənistana bu qədər cəsarət və dəstək veririk ki, bu ölkə də həmin o qonşuluq nizamını, sülh və sabitliyi təhdid edir!? Yaxud da Azərbaycana qarşı hər gün edilən hücumları “Ağayi mollalar” nə üçün səngitmirlər?! Nə isə bu ayrı yazının mövzusudur.

 

İkinci səbəb də budur ki, Ermənistan rəhbərliyi və şəxsən Paşinyan artıq həqiqi dalana dirəniblər. Yaranmış “kollaps vəziyyət”dən sadəcə çıxış yolu yoxdur. Ölkədə daxili gərginlik artır, Qarabağda separatçılıq ocağı demək olar ki, can verir, xaricdən heç bir dəstək gəlmir, Rusiya ilə münasibətlər pozulur (rus siyasətçilər hətta Ermənistanın mübahisəli ərazi olduğunu bəyan edirlər), Avropa və ABŞ-dan tələb etdikləri dəstəyin olmaması barəsində də acınacaqlı durum tezliklə Ermənistanda sabitliyin pozulacağının işartılarıdır.

 

Üçüncüsü və ən başlıcası olan da Azərbaycanın, onun müzəffər Prezidenti İlham Əliyevin haqq-ədalətin bərpası naminə güclənən təzyiqləridir ki, Ermənistan bu təzyiqlərin qarşısında heç cür tab gətirə bilmir. Ona görə də bu fonda daxili çəkişmələr də artır. Məsələn: Paşinyan deyir ki, Sarkisyan Qarabağı hələ Madrid prinsiplərini qəbul edərkən Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Sarkisyan da deyir ki, “Ara, Paşinyan! faktı açıqla, yoxsa, ya yalan danışırsan ya da mənəviyyatında problem var!”

Dördüncüsü yəni, “Bir yalanın sirri”nin açılmasına kömək edən daha bir həqiqət isə elə dünən məlum oldu. Leo Nikolyan tvit atdı ki, Fransa Xarici İşlər nazirliyində Ermənistan səfirinin adı ilə bağlı skandal korrupsiya, qaydaların pozulması, sənədlərin saxtalaşdırılması faktları ortalığa çıxıb.

 

Məncə,  elə ən son Ermənistanı rüsvay edəcək faktın açıqlanması ilə paralel “Niderland parlamentində Azərbaycan dövlətinin təmsilçisi ilə görüşdən imtina olundu” feyk sensasiyasını yaymaqda məqsədin nədən ibarət olduğu gün kimi aydın olur. Azərbaycan təmsilçilərinin, o cümlədən də E.Əmirbəyovun son dövrlərdə dünyanın bir sıra ölkələrində keçirdiyi görüşlərdə ölkəmizin mənafeləri naminə əldə etdikləri nəticələrin yüksək effektivliyini azaltmaq və dövlətimizin parlaq diplomatik uğurlarına kölgə salmaq. Yəni, xain və çirkin hədəf yenə də dövlətimizi, onun uğurlarını gözdən salmaqdır.

 

Məqsəd isə diqqətləri Fransa XİN-də Ermənistan adına yaranan yeni korrupsiya qalmaqalından yayındırmaqdır. Fəqət alındımı? Qətiyyən yox və heç vaxt da alınmayacaq!

 

Azərbaycanda çox gözəl Ata sözümüz var: “Yalan ayaq açar, amma əsla yeriməz!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...