Azərbavcana qarşı növbəti erməni vandallığı

12:58 16-04-2023 | icon 406 | Geopolitika
Azərbavcana qarşı növbəti erməni vandallığı

Qabil Hüseynli: "Bu xəstə cəmiyyətlə uzun müddət mübarizə aparmalı olacağıq"

 

“Bu olay ermənilərin qanında, canında irqçiliyin, başqa xalqa nifrətin nə qədər dərin kök saldığını əyani şəkildə göstərir. Bayrağı yandıran adam sıradan biri deyil, ağır atletika üzrə Avropa çempionatının təşkilat komitəsinə daxildir. Yarışın təşkilinə töhfə verib öz xalqını yaxşı təqdim etmək əvəzinə, açıq vandallıq, vəhşilik nümayiş etdirərək müstəqil dövlətin vacib atributlarından biri olan bayrağa qarşı misli görünməmiş bir həyasızlıq, cinayətkarlıq edib”.

 

Versus.az xəbər verir ki, bunu yerli mediaya açıqlamasında professor Qabil Hüseynli deyib.

 

“Ən qəribəsi ondan ibarətdir ki, heç kim bu hadisənin qarşısını almağa cəhd etmədi. İkincisi, Nikolyanı polis şöbəsinə aparırlar, oradan çıxanda onu qəhrəman kimi qarşılayırlar. Bu hal ermənilərin çürümə prosesində olduğunu, ruhi-psixoloji vəziyyətinin yerində olmadığını, dünya dəyərlərindən nə qədər uzaq düşdüyünü, vandal, vəhşi duyğularla yaşadığını bir daha göstərir. Bundan əvvəl 2 əsgərimizə qarşı göstərilən vandallıq, indi isə dövlətimizin ən vacib atributlarından birinin yandırılması onu göstərir ki, onların sülhə gəlməsi, qonşu dövlətlər kimi dinc, yanaşı yaşamaq o qədər də asan olmayacaq. Bir adamın bu cür hərəkəti və onun cəmiyyətin digər üzvləri tərəfindən əngəllənməməsi onu göstərir ki, bu cəmiyyət xəstə cəmiyyətdir və biz onlarla uzun müddət mübarizə aparmalı olacağıq.

Mən inanmıram ki, Paşinyan onun işdən azad olunması barədə göstəriş verib. Onu müvəqqəti olaraq işdən uzaqlaşdıra bilərlər. Bu, qatı cinayət tərkibi yaradan bir hadisədir. Əgər o adam dərhal cəmiyyətdən təcrid edilsəydi, ona qarşı təhqiqat başladılsaydı, inanmaq olardı ki, Ermənistan cəmiyyəti belə hadisələrə qarşı barışmazdır. Ancaq o, qayıdaraq tədbirlərdə də iştirak edib. Deyilənlərin hamısı sırf təbliğat xarakteri daşıyan fikirlərdir. İctimai rəyi aldatmaq üçün düşünülən erməni hiyləsidir”, - politoloq vurğulayıb.

 

Xatırladaq ki, Aram Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq. 

 

Nikolyan video yayaraq öz əməlinə haqq qazandırıb. Arzum budur ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanmasın. Mənim hərəkətimi düzgün hesab etməyənlər evlərində Azərbaycan bayrağı asa bilər!”, - o qeyd edib.

 
 

Aram Nikolyanın törətdiyi vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.(Musavat.com)

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...