"Prezidentin bu xəbərdarlığı əbəs deyil"

10:57 20-04-2023 | icon 355 | Geopolitika
"Prezidentin bu xəbərdarlığı əbəs deyil"

Tofiq Abbasov: “Mövcud reallığı hiss edə bilmirlərsə, özlərindən küssünlər”

 

“Bu xəbərdarlığın xüsusi əhəmiyyəti var. Azərbaycan dövləti ermənilərin ərazilərimizdə çıxartdığı “komediyanı” daim izləməyəcək”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Tofiq Abbasov Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə ərazilərimizdə yaşayan separatçı ermənilərə ünvanlanan çıxışı ilə bağlı açıqlamasında bildirib.

 

Qeyd edək ki, ölkə başçısı məlum müsahibədə -"Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər” – deyə onları bir daha sülhə çağırıb.

 

T.Abbasov bildirib ki, Prezidentin bu xəbərdarlığı əbəs deyil.  Çünki İrəvandan, Parisdən, Vaşinqtondan  və sair yerlərdən olan erməni ideoloqları Qarabağda yaşayan ermənilərin ab-havasını korlamaqla, onlara “hələ heç nə bitməyib, müharibə davam edir və öz məqsədlərinə çata bilərsiz” -ideyasını təlqin edirlər.  

 

Politoloq bunun hətta nəzəri cəhətdən qeyri-mümkün göründüyünü, praktiki olaraq ümumiyyətlə mümkün olmadığını deyib. Onun sözlərinə görə, erməni ideoloqlarının bu cür çıxışları faktiki olaraq Qarabağda yaşayan ermənilərin başını lazımsız şüarlarla qatıb gərginliyi qüvvədə saxlamaq və bu fonda öz maliyyə imkanlarını gücləndirmək məqsədi güdür. O, qeyd edib ki, bu çür erməni layihəsinin altında böyük pulların yuyulması durur.

 

“Hələ sovet dövlətinin süqutuna az qalmış dünya erməniləri marafonlar keçirib pullar toplayır, Azərbaycanda yaşayan erməni azlığına silah-suarsat göndərirdilər. O mərhələdən sonra Ter Petrosayanın, Köçəryanın və Serj Sarkisyanın dövründə də aparılan bu proses indiyə qədər də davam edir. Məhz bu müstəvidə çox böyük “Hayastan” qalmaqalı üzə çıxdı. Bəlli oldu ki, guya mədəni, humanitar məsələlərlə bağlı yaradılan fondun pulları ilə silah -sursat alınır, o silahlarla Azərbaycanda separatçılığın qidalanmasına imkanlar yaradılır və nəhayət həmin o pulların üzərində çirkin əməllərini gerçəkləşdirirlər. Köçəryanlar, sarkisyanlar, babayanlar, balasanyanlar hamısı o fonddan istifadə edib, həm özləri yararlanıb, həm də Azərbaycan ərazilərində gərginlik ocaqlarının sayını artırmağa çalışırdılar. Bununla da bütün dünyaya göstərməyə çalışırdılar ki, guya ermənilər təlatümlü bir vəziyyətdə mübarizələrini dayandırmırlar və məqsədlərinə doğru hərəkət edirlər”.

 

T.Abbasov bütün bunlarla yanaşı bu gün Azərbayacanın öz ərazi bütövlüyünü bərpa etməsi, artıq Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qoyulması, ümumiyyətlə, regionda proseslərin hamısını öz nəzarəti üzərinə götürməsinə diqqət çəkib. O, mövcud gərginlik fonunda erməni başbilənlərinin,  İrəvanda, xaricdə, Azərbaycan ərazilərində qalan separatçıların öz reallıq hissini itirdiyini deyib:

 

“Əgər ermənilər mövcud reallığı hiss edə bilmirlərsə, özlərindən küssünlər.  Çünki bu proses uzun müddət davam etməyəcək. Azərbaycan 44 günlük müharibədə ona görə bu qədər şəhid vermədi ki, dığaların oyunbazlıqlarına yenidən dözsün, tamaşa etsin. Son, xəbərdarlıq ondan xəbər verir ki, bu komediyanı bitirməyin vaxtı çatıb. Bu o deməkdir ki, bu oyunları bitirməsəniz artıq Azərbaycandan deyil, özünüzdən küsməlisiz. Ya rədd olub gedin, ya da Azərbaycan dövlətinə sığının, bayrağımızı, konstitusiyamızı qəbul edib rahat, adam kimi yaşayın”.

 

Politoloq Azərbaycanın qonaqpərvər, tolerant bir ölkə olduğunu, bütün xalqların bu dövlətdə sülh, dostluq, mehribanlıq şəraitinə yaşadığını bir daha önə çəkib. O, digər xalqlar kimi, elə ermənilərin özlərinə də ölkə daxilində böyük imkanlar yaradıldığını deyib:

 

“Azərbaycanda yəhudilərin ən az 3 icması var. Onlar sivil qaydaları üstün tutaraq, yerli xalqların hamısı ilə münasibətlərini gücləndirərərk yaşayırlar. Və Azərbaycan dövləti və xalqı heç kəsə gözün üstə qaşın var deməyib. Biz ermənilərə elə bir imkanı yaratmışdıq. Amma qurudular, müharibəyə qədər əl atdılar, “Miatsum", deyə- deyə, özlərinə qəbir qazmağa başladılar. O qəbirin dərinliyi indi də artır. O qəbirə  düşmək istəmirlərsə, ağıllarını başlarına yığmalıdırlar. Əminəm ki, Qarabağda normal təfəkkürlü ermənilər yaşayır. Əgər istəyirlərsə ki, problemsiz şərait yetişsin, gərək aralarında olan çirkin ümsürləri müəyyən edib özləri oradan rədd etdirsinlər. Normal ermənilər çoxdan o ərazilərdə Azərbaycan dövlətinin qanunarının işləməsini  gözləyirlər. Ona görə də Prezidentin dediyi həmin fikirlər mühüm əhəmiyyət kəsb edir”

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır