“Ermənistanın cəzalandırılması mütləqdir”

09:28 17-04-2023 | icon 292 | Geopolitika
“Ermənistanın cəzalandırılması mütləqdir”

 

 

“Bu hərəkətləri ilə ermənilər hansı təfəkkürə, düşüncəyə və normal insan anlayışından nə qədər uzaq olduqlarını bir daha bütün dünyaya göstərdilər. Beynəlxalq idman yarışının təhlükəsiz və təxribatsız keçirilməsinə zəmanət verən Ermənistan erməni xislətini öz "dövlətçilik"ənənəsinə çevirdiyini bir daha öz hərəkəti ilə nümayiş etdirdi”.

 

Versus.az xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov Ermənistanda Azərbaycan bayrağının yandırılaraq salondan çıxarılması ilə bağlı açıqlamasında bildirib.

 

 

“İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində  Azərbaycan bayrağına od vurub, salondan çıxarıbıar. Dəhşətlisi odur ki, mərasimi izləyən erməni xalqı bu əməli ayaqüstə alqışlayıb”.

 

Ekspert bəyan edib ki, Ermənistan bir dövlət olaraq öhdəliklərini icra edə bilməyən, beynəlxalq hüquq və normalara hörmətsizlik edən, beynəlxalq tədbirlərin, idman yarışlarının təhlükəsizliyini təmin edə bilməyən dövlət kimi özünü təsdiq edərək, onsuz da sıfıra bərabər imicini  mənfi istiqamətə yönəltmiş oldu.

 

“Bu təxribatına Ermənistanı bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar, idman federasiyalar qınadı və öz etirazını bildirdi. Hətta ermənidən çox erməni olan, Ermənistanın böyük bacısı olan Fransa belə Irəvanda Beynəlxalq İdman tədbirində Azərbaycan bayrağının yandırılmasını bir mənalı  pislədi. Əslində bu addımı ilə Ermənistan özünə çox böyük zərbə vurdu. Azərbaycan tərəfinin gələcək sərt addımlarına  zəmin yaratmış oldu. Həqiqətən erməni xislətinin nə qədər təhlükəli və amansız olduğunu elə ermənilər özləri sübut etdi”.

 

V.Dadaşov hesab edir ki, İrəvanda Beynəlxalq İdman yarışında Azərbaycan bayrağının faktiki təşkilatçılar tərəfindən yandırdırılması nəticəsiz qalan deyil.

 

“Təbii ki, Ermənistan tərəfi bu məqsədyönlü təxribatına görə qəbul olunmuş normalar çərçivəsində Beynəlxalq İdman Təşkilatları tərəfindən məhdudiyyətlərə məruz qalacaq.Federasiyanın xaric edilməsi, Beynəlxalq yarışlara tədbirlərə ev sahibliyi  kimi qadağalar tətbiq edilə bilər. Hər bir halda Ermənistanın cəzalandırılması mütləqdir”.

 

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...