”...gədələr yeganə təsəllini bayrağımzı yandırmaqda görürlər”

02:32 17-04-2023 | icon 121 | Siyasət
”...gədələr yeganə təsəllini bayrağımzı yandırmaqda görürlər”

 

“Beynəlxaq yarışların Ermənistanda keçirilməsinə qadağa qoyulmasına nail olmaq lazımdır”

 

 

Yeravanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırıldı. Özü də bu hadisə televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı tərəfindən nümayişkaranə şəkildə edildi. Avropa, qərb azərbaycan dövlətinə qarşı yönələn bu vandal hərəkəti necə qaşıladı və beynəlxalq qurumlar məsələ ilə bağlı Ermənistanı nə dərəcədə qınadı. Azərbaycan torpaqlarında baş verən erməni özbaşınalığına göz yumub az qala ermənilərin hüquq müdafiəçiləri olan, başımıza darğa olan beynəlxalq missiya beynəlxalq hüququ pozan Ermənistana hansı cəzanı istəyəcək?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov Ermənistanda keçirilən idman yarışında Azərbaycanın bayrağının yandırılması vandalizm aktıdır və erməni cəmiyyətində mövcud olan rasizmin, etnik nifrətin, Azərbaycnafobiyanın göstəricisidir. Politoloq hesab edir ki, bu ayrı-ayrı fərdlərin deyil, ümumilikdə erməni toplumunun xislətidir.

 

“Bayrağımızı yandıran şərəfsizin alqışlanması, sıravi vətəndaşından tutmuş millət vəkillərinə qədər ona dəstək nümayiş olunması onu göstərir ki, erməni cəmiyyəti ümumən xəstədir.

Müharibədə uduzan, Azərbaycan əsgərini görəndə gizlənmək üçün deçik axtaran gədələr yeganə təsəllini bayrağımzı yandırmaqda görürlər. Özü də bunu harada, öz ölkələrində edirlər. Çünki cəzasız qalacaqlarını düşünürlər.

Bu təxribatın əvvəlcədən planlaşdırıldığı da şübhəsizdir. Çünki ölkə rəhbərinin, ayrı-ayrı ölkələrdən olan nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə təhlükəsizlik hər zaman ən üst səviyyədə olur. Burada isə tədbirin təşkilatçılarından biri bayrağı götürür, onu yandırır və yalnız zaldan çıxarmağa çalışdığı son anda mühafizə işə qarışır. Üzərində Azərbaycan bayrağı əks olunmuş geyimdə olan qız belə bayrağın əlindən alınmasını təəccüblə qarşılamır. Çünki bayrağın ondan alınacağını əvvəlcədən bilirdi”.

 

R.Bayramov diqqəti bir daha hadisələrin ölkə rəhbəri Paşinyanın, Avropa Ağır Atletika Federasiyası rəhbərinin, Dünya Ağır Atletika Komitəsi Prezidentinin və eləcə də tədbiri canlı yayımda izləyən hər kəsin gözləri qarşısında baş verməsinə yönəldib. O, bildirib ki, əgər eyni hal Azərbaycanda baş versəydi indi bütün dünya ayağa qalxar və bizi tənqid etmək üçün bir-birilə yarışa girərdilər. Amma ermənistan gələndə sanki hamı kar və kor olur.

 

 

“Azərbaycan dəfələrlə beynəlxalq yarışlara ev sahbliyi edib və bu yarışlarda da təhlükəsizlik hər zaman ən yüksək səviyyədə təşkil olunub. Elə 2015-ci ildə Birinci Avropa oyunlarında erməni idmançılar üçün yaradılmış şəraiti, onların təhlükəsizliyini necə təmin etdiyimizi göstərmək olar. Həmin yarışda medal alan erməni idmançıya medalı şəxsən Prezident ilham Əliyev özü təqdim etdi və onun bu hərəkəti bütün tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Belə də olmalıdır. Çünki idman münasibətlər qurmaq üçün, qarşılıqlı nalaşma yaratmaq üçün bir fürsətdir.

Bu gün idman yarışında Azərbaycan bayrağını yandıran ermənilər isə bununla öz əsl simalarını göstərdilər. Və bunu bütün dünyanın gözü qarşısında etdilər. Tədbirin birbaşa təşkilatçısı olan Avropa Ağır Atletika Federasiyası isə Azərbaycan komandası və Federasiyası ilə həmrəy olduğunu bildirən qur bəyanat verməklə işini bitmiş hesab edir.

Azərbaycanın rəsmi qurumlarının bu məsələni ən yüksək səviyyədə qaldırması lazımdır. Avropa Ağır Atletika Federasiyası, Dünya Ağır Atletika Komitəsi və ümumiyyətlə Beynəlxalq Olimpiya Komitəsi qarşısında Ermənistanla bağlı cəza tədbirlərinin həyata keçirilməsi ilə bağlı məsələ qaldırmaq lazımdır. Beynəlxaq yarışların Ermənistanda keçirilməsinə və eləcə də erməni idmançıların ayrı-ayrı beynəlxaq turnirlərdə iştirakına qadağa qoyulmasına nail olmaq lazımdır. Ən azından bir neçə il müddətinə bu kimi cəzalar verilə bilər”.

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK