"ABŞ-ın bəzi diplomatları ziddiyyətli açıqlamalar verir"

09:40 20-04-2023 | icon 432 | Geopolitika
"ABŞ-ın bəzi diplomatları ziddiyyətli açıqlamalar verir"

Mətin Məmmədli: “Vaşinqton anlayır ki, danışıqlar prosesinin uzanması bölgədə vəziyyəti yenidən gərginləşdirə bilər”

 

Bononun regiona gəlişi ilk növbədə rəsmi Vaşinqtonun danışıqlar prosesini fəallaşdırmaq istəyindən irəli gəlir. Növbəti səfərdə hansı nəticələr meydana gələcək danışıqlar prosesindən və Lui Bononun sərgilədiyi mövqedən asılı olacaq.

 

Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspeerti, politoloq Mətin Məmmədli "Qafqaz canişinin" Bakıya gözlənilməz səfərinin ABŞ-da gözlənilən Ermənistan-Azərbaycan danışıqlarına hansı təsiri göstərməsi, regiona verə biləcəyi vədlərlə bağlı açıqlamasında bildirib. 

 

M.Məmmədli bildirib ki, rəsmi Vaşinqton anlayır ki, danışıqlar prosesinin uzanması və yaxud dalana dirənməsi bölgədə vəziyyəti yenidən gərginləşdirə və münaqişə riskini artıra bilər:

 

“Amma bütün bunlarla bərabər müşahidə edirik ki, Birləşmiş Ştatların  bəzi diplomatları danışıqlar prosesi ilə bağlı  ziddiyyətli açıqlamalar verirlər. Lui Bononun "Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir" fikri də heç bir halda Azərbaycanın mövqeyinə uyğun deyil”. 

 

M.Məmmədli bildirib ki, Azərbaycan münaqişəni bitmiş sayır və hesab edirik ki, sülh danışıqları birbaşa substantiv Azərbaycan və Ermənistan arasında aparılmalıdır və sülh müqaviləsi Qarabağı əhatə etməməlidir:

 

“Qarabağ məsələsi rəsmi olaraq həll edilmiş sayılır. Qarabağda yaşayan erməni icmasının məsələsi Azərbaycanın daxili işidir, bunu 3-cü dövlətlə müzakirə edilməsi nə beynəlxalq hüquq normalarına, nə də ki, ədalət prinsipinə uyğun deyil”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...