Volkov Qarabağı tərk edir

14:42 25-04-2023 | icon 229 | Qarabağ
Volkov Qarabağı tərk edir

Şoyqu onun yerinə dostunu göndərir

 

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq qərarına gəlib. 

 

Versus.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

 

İddialara görə, Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir. Adı açıqlanmayan komandan Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş zabitdir və Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını qazanıb.

 

Məlumatda bildirilib ki, Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışırlar.

 

"Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək", - "Hraparak" yazıb.

 

Qeyd edək ki, Andrey Volkov 11 yanvar 2022-ci ildə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin edilib.

 

General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb.

 

Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub. O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb.

 

2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...