UNEC-də imtahan və müsahibə keçirilib

17:00 25-04-2023 | icon 364 | Təhsil
UNEC-də imtahan və müsahibə keçirilib

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilmiş təlimlərdə iştirak etmiş Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün imtahan və müsahibə təşkil edilib.

 

UNEC-dən Versus.az-a bildirilib ki, imtahan və müsahibədə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyalarının qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər. İmtahan yazılı formada UNEC-də, müsahibə isə Hesablama Palatasında keçirilib.

 

Müsahibə Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Tamerlan Yusifzadə, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov tərəfindən aparılıb.

 

Sonuncu mərhələdə tələbələr üçün Gürcüstan Dövlət Audit İnstitutu tərəfindən təlimlər keçiriləcək və onun nəticələri müvafiq qaydada qiymətləndiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ