İran iki azərbaycanlını həbs etdi, ikisini isə…

15:04 05-05-2023 | icon 802 | Geopolitika
İran iki azərbaycanlını həbs etdi, ikisini isə…

İlginc olayların pərdəarxası

 

İran Azərbaycanın Tehrandakı səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.

 
 
Tehrandakı səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatını ölkədən çıxarıb.
 
Nə baş verir?
 
 
İranın son zamanlar Azərbaycanla siyasi gərginliyin azaldılması istiqamətində səylər göstərməsi diqqət çəkirdi. Xüsusilə diplomatik kanallar vasitəsilə gedən danışıqlar və “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində saxlanılması tərəflər arasında münasibətlərin normallaşa biləcəyinə ümidləri artırmışdı. Lakin Tehran qısa zaman sonra münasibətlərin normallaşmasında səmimi olmadığını bəlli etdi. Tohid İbrahimbəyli və Orxan Məmmədovun azadlığa buraxılması bunun ilk göstəricisi oldu.
 
 
Rəsmi Bakı həmin şəxslərin ekstradisiyasını gözlədiyi halda Tehranın onları azadlığa buraxması İranın münasibətləri normallaşdırmaqda səmimi olmadığını göstərdi.
 
 
4 azərbaycanlı diplomatın “persona-non-qrata” elan edilməsi isə iki ölkə arasında münasibətlərinin gərgin olaraq qaldığını göstərir.
 
 

İranın revanşı

 
 
Azərbaycanlı diplomatların “persona-non-qrata” elan edilməsi gözlənilirdi. Belə ki, səfirliyimizə terror hücumundan bir müddət sonra İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-qrata” elan edilib, ölkədən çıxarıldı.
 
 
Bu mənada İranın hazırda 4 azərbaycanlı diplomatı “persona-non-qrata” elan etməsi əslində İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşının “persona-non-qrata” elan edib ölkədən çıxarmasına bir cavabdır.
 
 

Prezidentin İranı ifşa etməsi

 
 
Bundan başqa 4 azərbaycanlı diplomatın “persona-non-qrata” elan edilməsi həm də İranın Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı İran haqda dedikləri fonunda diqqət çəkir.
 
 
Belə ki, ölkə başçısı çıxışı zamanı İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı bir çox məqama toxundu və faktiki olaraq Tehranı onun terrorçu siyasətini ifşa etdi:
 
 
Birincisi, ölkə başçısı çıxışı zamanı Tehrandakı səfriliyimizə edilən hücum haqda danışarkən deyib ki, “Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi”.
 
 
İranın səfirliyimizin əməkdaşlarına silah daşımağa icazə verməməsi hücum edən şəxsin isə “Kalaşnikov” avtomatı və “Molotov kokteyli” daşıması ciddi faktdır. Təsadüfi deyil ki, Prezident “Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?” sualını ünvanladı.
 
 
Bundan başqa Prezident hadisəni törədən şəxsin həmin gün mətbuata açıqlama verməsi, iki gün sonra hər hansı hüquqi prosedur olmasın deyə ruhi xəstə olduğunun açıqlanması faktlarına da toxundu.
 
 
İkincisi, Prezident millət vəkili Fazil Mustafaya edilən hücumda da İranı günahlandırıb. “Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar” – Prezident deyib.
 
 
Görünür, ölkə başçısının son hadisələrdə faktlarla İranı günahlandırması və “İran “qırmızı xətti” keçdi” deməsi Tehranı bərk narahat edib.
 
 
Bu mənada 4 azərbaycanlı diplomatın “persona-non-qrata” elan edilməsi həm də Tehranın Prezidentin son çıxışına verdiyi reaksiya hesab eləmək olar.
 
 

Bakının cavab addımı

 
 
İranın diplomatlarımızı “persona-non-qrata” elan etməsinə Bakı səssiz qalmamalı, İranın ölkəmizdəki səfirlik və konsulluq əməkdaşlarını “persona-non-qrata” elan etməlidir. Nəzərə almaq lazımdır ki, İranın ölkəmizdəki səfirliyi və konsulluğun əməkdaşlarının bir çoxunun Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyəti var.

 

Turan Rzayev
/Politoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...