ABŞ-a Minsk Qrupu mesajı...açıqlama

07:58 04-05-2023 | icon 90 | Siyasət
ABŞ-a Minsk Qrupu mesajı...açıqlama

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun ATƏT-in Minsk Qrupu ilə bağlı sualına cavab olaraq işğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını qeyd edib. Prezident indi həmin qurum fəaliyyətini dayandırdığı üçün o məsələni dərindən müzakirə etməyi lazımsız bilib.

Prezidentin bu yanaşması Minsk qrupunda təmsil olunan və onun bərpasını istəyən ABŞ-a öz nümayəndəsi ilə ötürülən hansı mesajdır və Prezidentin Qarabağla bağlı son notlarına baxsaq əsas hədəfdə nə dayanır?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Minsk Qrupunun Azərbaycanda papulyar olmaması ilə bağlı fikirlər Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib. O, eyni zamanda qeyd edib ki, bu təkcə Prezidentin deyil, ümumən Azərbaycan xalqının mövqeyidir. Politoloq bildirib ki, hər kəs Minsk Qrupunun  fəaliyyəti dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində hər hansı addım atmadığını, təcavüzkar ölkə ilə təcavüzə uğrayan ölkə arasında konkret bir mövqe ortaya qoymadığını, təzavüzkarı pisləmədiyini, BMT qətnamələrinin icrası istiqamətində hər hansı əməli addım atmadığını və bir çox hallarda da prosesin uzanmasında maraqlı tərəf qismində çıxış etdiyini yaxşı bilir.

 

“Biz gördük ki, Minsk Qrupu faktiki olaraq münasibətlərin gərgin şəkildə qalmasında maraqlı mövqe sərgilədi. Elə düşünürdülər ki, müddət keçdikcə artıq Azərbaycan tərəfinin işğalda olan torpaqların geri qaytarmaqla bağlı istəyi də tədricən səngiyər. Amma bunun əksini gördülər”.

 

R.Bayramov hesab edir ki, bu gün dövlət başçısı tərəfindən yenidən bu cür bəyanatın səsləndirilməsi bir mesajdır və bu, təkcə ABŞ-a deyil, həm də Minsk Qrupunun digər həmsədrlərində də yönəlib. Onun fikrincə, Prezidentin bəyanatnın məğzi ondan ibarətdir ki, biz Amerika, Rusiya, Avropa İttifaqı ilə də prosesin normallaşması istiqamətində ayrı-ayrılıqda görüşməyə, məsələləri müzakirə etməyə hazırıq. Amma bu heç bir halda bu dövlətlərin Minsk Qrupu formatında yenidən bir araya gəlib öz maraqlarını ümumiləşdirərək Azərbaycan və Ermənistan arasında konkret şərt qoymalarına gətirib çıxarmamalıdır. 

 

“Düşünürəm ki, bundan sonra Minsk Qrupu formatının yenidən fəaliyyətə başlaması mümkün deyil. Çünki faktiki olaraq ABŞ Rusiya ilə, Rusiya da ABŞ-la bir masa arxasında oturmaq istəmir.  Azərbaycan isə Minsk Qrupunun keçmiş “fəaliyyətini” nəzərə alaraq bu qurumla hər hansı bir yeni müzakirələrin açmağın tərəfdarı deyil. Ona görə də Prezidentin bəyanatı hələ də Minsk Qrupunu diriltmək istəyən qüvvələrə bir mesaj kimi qəbul oluna bilər. ABŞ-da keçirilən görüşlərdən və o cümlədən iyun ayında prezidentlərin Kişinyovda nəzərdə tutulan görüşündən sonra Rusiya tərəfi xarici işlər nazirləri səviyəsində daha bir görüşün keçirilməsində maraqlıdır. Azərbaycan hesab edir ki, bu səpkidə görüşlər keçirilə bilər. Amma yenidən hər hansı bir formatının meydana çıxmasına və Minsk Qrupunun hansısa təsir rıçaqlarını əlinə almasına imkan verilməməlidir və buna da imkan verilməyəcək”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ