“Azərbaycan öz mövqeyində haqlıdır"

00:13 04-05-2023 | icon 91 | Siyasət
“Azərbaycan öz mövqeyində haqlıdır"

 

 

“Azərbaycan Prezidenti konfransda İranla bağlı məsələlərə çox təmkinli, müdrik və uzaqgörən ifadələrlə münasibət bildirib. İran mollaları özlərinin uzun illik dövlətçilik tarixindən bəhs etsə də, dünyada söz sahibi olan dövlət olaraq özlərini təqdim etmələrinə baxmayaraq, bütün dünyada apardıqları siyasətin tərkibinə baxdıqda hər zaman çılğın və pozucu münasibətlər sərgilədikləri görünür. İran rəsmilərindən fərqli olaraq Azərbaycan prezidenti iki ölkə arasında yaranmış gərgin situasiya ilə bağlı çox təmkinli, doğru-düzgün şərhlər verdi”.

 

 

Bunu Versus.az-a ilahiyyatçı Tural İrfan Azərbaycan Prezidentinin Şuşa konfransında İran mövzusunda dediyi fikirlərin əhəmiyyətini və verdiyi mesajların daşıdığı məna haqqında açıqlamasında bildirib.

 

 

T.İrfan qeyd edib ki, İranla bağlı münasibətlərin şərh olnmasında cənab Prezidentin dediyi fikirlər, məsələlərin durumunu, gələcək nəticələrini və Azərbaycan dövlətinin mövqeyini ortaya qoymuş olur.

 

O bildirib ki, 44 günlük müharibə bitəndən sonra cənab prezident Zəngilana səfəri çərçivəsində bir çox məqamları önə çəkərək Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırmaqla yenə də “dostluq” mesajını vermişdi. Onun sözlərinə görə, İran rejimi Azərbaycanın bu cür səmimi, açıq mövqeyini düzgün qiymətləndirə bilmədi və bu günə qədər də təxribatçı hərəkətləri, düşmən mövqeyi, Prezidentin dediyi kimi işğalçı Ermənistana qardaşlıq, dosluq münasibəti göstərməklə Azərbaycanla münasibətlərə xələl gətirdi. 

 

T.İrfan bildirib ki, prezidentin də ifadələrindən görünür ki, İran öz səhvlərini düzəldərsə, yenə də biz hər zamankı sülhyaratma mövqeyimizdəyik və qonşuluq münasibətinə açığıq.

Ekpert hesab edir ki, Azərbaycan Prezidentinin Türkiyəni, Pakistanı, Səudiyyə Ərəbistanını dost münasibətini bir nümunə kimi qeyd etməsi  təsadüfi deyil.

 

“İranın Azərbaycana qarşı aqressiv münasibəti bu gün başlamayıb. Sadəcə olaraq 44 günlük müharibədə Qarabağ probleminin çözülüb həllini tapması İranın əsəblərini tarıma çəkdi. İran indiyə qədər gizli apardığı əks siyasəti bu dəfə açığa çıxartdı. Cənab Prezidentin konfrans zamanı ortaya qoyduğu mövqe vəziyyətin təfərrüatını ifadə etməklə  məsələlərə münasibətini ortaya qoyur.  Prezident deputat Fazil Mustafaya qarşı teror hadisəsinin açıq-aşkar İran tərəfindən sifarişinin verildiyini də qeyd etdi. Təbii ki, İranın bir müsəlman dövlətinə qarşı terror aktının dövlət səviyyəsində sifarişçisi olması  İranın Azərbaycana qarşı münasibətlərin hansı dərəcədə aqressiv və təhdidedici olmasının göstəricisidir”

 

T.İrfan qeyd edib ki, iki ölkə arasında vəziyyətin düzəlməsi üçün İran aqressiyasından, düşmən mövqeyindən geri çəkilməlidir.

 

“Azərbaycan öz mövqeyində haqlıdır. Azərbaycan əleyhinə bəzi təxribatçı şəxlslərin danışdırılması, Azərbaycan Konstitusiyasına, dövlət quruculuğuna qarşı apardıqları məkirli siyasət, terror hədələrinə İran cavab verməli, bu mövqedən çəkinməlidir.  Çünki bu, İranın özünə zərər verə bilər. Belə davam edərsə, İran dünyada və regionda vəziyyətin gərginləşməsi fonunda, digər region dövlətlərin də qınağına məruz qalacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ