30 il ərzində İran siyasəti...

13:18 04-05-2023 | icon 98 | Siyasət
30 il ərzində İran siyasəti...

Mətin Məmmədli: “İran siyasəti bölgədə münaqişələrin həllinə deyil, daha da dərinləşməsinə xidmət edib”

 

 

 “Ölkə başçısının qeyd etdiyi bu fikirlər Azərbaycan dövlətinin, cəmiyyətinin haqlı mövqeyini ifadə edir”

 

 

Bunu Versus.az -a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Prezident İlham Əliyevin 3 mayda Şuşada keçirilən konfransda İranla bağlı çıxışını şərh edərkən bildirib.

 

Qeyd edək ki, Prezident məlum çıxışında bildirib ki, Azərbaycanda yaşayan insanlar İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyil. Prezident eyni zamanda Azərbaycanda bir çox insanların İrandan başqa davranış gözlədiyini deyib.  

 

Politoloq hesab edir ki, əslində cənab Prezident uzun illər ərzində Azərbaycan cəmiyyətində İranın regionla bağlı formalaşmış siyasəti haqqında fikirləri ifadə edib və bu, tamamilə haqlı iradlardır. 

 

“Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı son 30 ildə haqlı olaraq İrandan gözləyib ki, Azərbaycan torpaqlarını işğal edən, 1 milyondan çox insanı evindən, yurdundan didərgin salan fundamental hüquqlarını pozan dövlətə qarşı İran da öz mövqeyini ortaya qoysun. Necə ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan kimi dövlətlər belə bir mövqe sərgiləmişdi, özünü müsəlman, qardaş, islam dövləti hesab edən İran da eyni mövqeni sərgiləməli idi. Özünün dediyi kimi, 1 milyon bacı qardaşı təcavüzün qurbanı olubsa, İran da bu məsələyə həssas yanaşmalı idi. Amma biz İrandan fərqli münasibət gördük”.

 

M.Məmmədli qeyd edib ki, torpaqlarımızın işğal dövründə İran görüntü olaraq balanslı siyasət yürütsə də, əslində Ermənistanla münasibəti işğalçı dövlətin təcrid vəziyyətdən çıxmasında çox böyük rol oynamışdı.

 

“Ermənistan rəhbərləri də bununla bağlı bildiriblər ki, İran hələ I Qarabağ müharibəsində Ermənistanı ağır duruma düşməkdən  xilas etmək çün çox böyük rol oynayıb”.

 

Politoloq 30 il ərzində İran siyasətinin bölgədə münaqişələrin həllinə deyil, daha da dərinləşməsinə xidmət etdiyini deyib.

 

 

“Təəssüf ki, II Qarabağ savaşında da İran bu antiAzərbaycan siyasətini daha açıq formada davam etdirib və yeni formalaşmış reallıqları qəbul etmədiyini nümayiş elətdirib. Nəticədə cənab Prezidentin qeyd etdiyi kimi son 2 ildə məhz İrandan qaynaqlanan siyasət nəticəsində Azərbaycan -İran münasibətləri korlanıb”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır