"Vaşinqton danışıqlarından bir halda əminlikə danışmaq olar”

14:22 05-05-2023 | icon 129 | Siyasət
"Vaşinqton danışıqlarından bir halda əminlikə danışmaq olar”

 

 

Vaşinqton danışıqlarının necə bitəcəyi haqda və orada nə baş verdiyindən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq ilkin açıqlamanı verdi. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda  səsləndirlən həmən açıqlama elə də nikbin deyil.

 

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Sahib Alıyev Vaşinqton görüşünün nəticələri, bu görüşün regionda sülh müqaviləsinin bağlanmasında əldə edəcəyi nəticələr, ABŞ-ın bu prosesdə nə dərəcədə maraqlı olması ilə bağlı şərhində bildirib.

 

Deputat qeyd edib ki, dövlət başçımız  danışıqlarla bağlı təəssüf doğuran məsələlərə özü aydınlıq gətirərək, bildirib ki,  qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda  təklifinə cavabında “separatizm” sözünün üstündən xətt çəkib. Bu, da deməkdir ki, Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil.

 

 

Deputat hesab edir ki, Vaşinqton danışıqlarının arzulanan şəkildə bitəcəyi haqda bir halda əminlikə danışmaq olardı ki, beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-ın hərəkətlərində isə biz bunu görmürük.

 

S.Alıyev bildirib ki, ABŞ-ın bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda bizə  yanaşmada eyni mövqe sərgilənmir. Orada sadəcə  Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət getsə də, Azərbaycanın ərazi bütövlüyü təşviq edilmir.

 

Deputat ABŞ-ın burada hansı sülhün təşviqindən söhbət açdığını tam açıqlığı ilə göstərmir.

 

“ABŞ nəyə əsaslanan sülhdən danışır. Ermənistanın Azərbaycan qarşı torpaq iddiasına dayanan “sülhümü” nəzərdə tuturlar? Belə deyilsə, nədən ABŞ öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir?

 

Cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi çox təəssüf ki,  Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa “Qərbdəki bəzi dostlarından” daha meylli görünür və ötən ilin oktyabrındakı Praqa, Soçi  Bəyannamələri də təsdiqəyir ki, “A” deyən rəsmi İrəvan “B” də deyə bilər. Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soci görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr. Fransanın Erməinstandakı revanşizm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir.

O üzdən də  Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yükəsk olduğunu bildirir”.

 

S.Alıyev bildirib ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, effektlilik baxımından onlar da birbaşa dialoqa üstünlük veirirlər.

“Vaşinqton danışqları zamanı eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir. Mən belə başa düşürəm ki, ABŞ  artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün Qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmliliyini anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir.

Bəzi dövlətlər sülh anlaşması olmadan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və əməkdaşlığa başlanması haqda da düşünürlər. Ancaq Azərbaycan Prezidentinin Şuşada dediklərindən də aydın görünür ki,  buna getməyəcəyik. Niyə də getməliyik?  Bizə qarşı düşmənçilik siyasəti yeridənlərin güclənib yenidən torpaqlarımızı işğal etmək fikrinə düşmələri üçünmü? Ona görə də dövlət başçımızın da bildirdiyi kimi Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmən ölkəyə qarşı hansı siyasət yeridilmişdisə eynisi yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR