Bakıda qeyri-adi cinayət işi

19:36 15-05-2023 | icon 302 | Hadisə
Bakıda qeyri-adi cinayət işi

Bakıda 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.

 

Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

 

Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.

 

Baş verən dava zamanı Fərman Hüseynov ölüb.

 

Ekspertizanın rəyinə görə, Fərman Hüseynov dava zamanı xəsarət almayıb və onun ölümünə ürəktutma səbəb olub.

 

Ona görə də hadisə zamanı saxlanılan Hidayət Cəfərov sərbəst buraxılıb.

 

Hidayət Cəfərovun ölən Fərman Hüseynovun oğlu tərəfindən döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi açılıb və hazırda araşdırma aparılır.

 

Hidayət Cəfərov iş üzrə zərərçəkmiş şəxs kimi tanınır. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı