AMİP rəhbərliyi ATƏT PA-nın sədri ilə görüşdü
“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən Beynəlxalq Konfrans çərçivəsində Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt və AMİP rəhbərliyi arasında görüş keçirilib.
Versus.az xəbər verir ki, AMİP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə xanım Sedderfeltin üzvü olduğu İsveç Moderat partiyası ilə AMİP arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri, regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danşıqlar, Rusiyanın prosseslərə təsiri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparımışdır.
ATƏT Parlament Assambleyasının sədri həmçinin işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşmüş və Avropa İttifaqının danışıqlar prossesində bitərəf vasitəçi kimi fəaliyyəti ilə bağlı mövqeyini qeyd etmişdir.
Görüşdə AMİP sədri Arzuxan Əlizadə, AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov və AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev iştirak etmişlər.
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"