Azərbaycan ordusunun gücünün göstəricisi olan faktorlar

16:13 24-05-2023 | icon 169 | Siyasət
Azərbaycan ordusunun gücünün göstəricisi olan faktorlar

Elxan Şıxəliyev: “Qafqazda Azərbaycan silahlı qüvvələri regionun ən güclü ordusu kimi qiymətləndirilir”

 

“Həmin siyahıda 11-ci yerdə Türkiyənin, 7 -ci yerdə Pakistanın, 18-ci yerdə yer alan İsrailin hərbi əməkdaş olaraq yanımızda durması Azərbaycanın gücünə güc qatır, silahlı qüvvələrimizi yeni mərhələyə çıxarmış olur. Bu  yol xəritəsi uzun müddət həyata keçiriləcək. Ona görə ki, bu gün təhdid və təhlükələr azalmaq əvəzinə artmaqdadır. Yeni model, yeni  vizionda yaradılacaq silahlı qüvvələrimiz  yeni yaranan təhdid və təhlükələri dəf edəcək ordu halına gələcək”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev ABŞ-ın “Global Firepower” saytının 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısında Azərbaycan Ordusunun 56-cı yerdə göstərilməsi ilə bağlı  açıqlamasında bildirib.

 

Ekspert bildirib ki, ABŞ-ın “Global Firepower” saytı 145 ölkə içərisində 60 kriteriya  üzrə ən güclü ordunu qiymətləndirib və siyahıda  Azərbaycan Silahlı qüvvələri 56-cı yerdə göstərilir. Azərbaycanın həmin siyahıda Ermənistandan 37 pillə irəlidə olması onu göstərir ki, bizim ordu 60 kriteriya üzrə 27-nin 1-ə nisbətində güclüdür. 

 

Hərbi ekspert qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibəyə hazırlığı və nəticəsi üzərindən yeni mərhələyə keçib. Onun sözlərinə görə, Prezidentin də qeyd elədiyi kimi, müharibənin hər günü təhlil edilməklə əməliyyatların müsbət və mənfi yönləri üzərindən yeni ordunun yaradılmasına qərar verildi. Məhz Şuşa Bəyannaməsi ilə Türkiyənin mini modelinə keçidin həyata keçirilməsi uğurla həyata keçirildi:

 

 “Orduların gücündə əsas kriteriya döyüş təcrübəsinin olub-olmaması, şəxsi heyətin döyüş hazırlığı və silahlanması ilə ölçülür. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələrinin komandir heyətinin 90 faizi və şəxsi heyətin 70 faizinin müharibə təcrübəsi var, bu faktor da ordumuzun gücünün göstəricisidir. Azərbaycan ordusu müharibədən sonra arxayınaşmadı, sonrakı mərhələdə ordunun silahlanması və yeni hərbi strukturların yaranması həyata keçirildi. Müharibədən sonra əlavə birliklər yarandı. Hər bir birliyin komandirinin sərəncamında komando briqadaları yarandı ki, həmin briqadaların şəxsi heyəti peşəkar  hərbçilər olaraq birlik komandirlərimizin vurucu gücünə çevriləcək və hərbi qurumların özlərinin gələcək döyüş tapşırıqlarını yerinə yetirməsinə müsbət təsiri olacaq. Döyüş hazırlıqlarının yüksəldilməsi üçün təlimlərin keçirilməsi, yeni hərbi strukturların yaradılması, komlektləşməsi, modernləşməsi üçün çox böyük addımlar atılır”.

 

Ekspert eyni zamanda Azərbaycanın öz müttəfiqləri üzərindən hərbi -strateji tərəfdaşlıq çərçivəsində uğurlu əməkdaşlıqlar həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin hərbçilərinin döyüş qabiliyyətinin bir-biri ilə mübadiləsi mühüm əhəmiyyət kəsb edir:

 

“Bütün hərbi təlimlərdə Azərbaycan silahlı qüvvələrinin hərbçiləri qaradaş Türkiyənin hərbçiləri ilə bərabər təcrübə mübadiləsini həyata keçirir. Bu da bizim silahlı qüvvələri irəli götürən əsas mərhələlərdən biri olub. Digər mühüm məsələ, başqa ölkələrin hərbi strukturları ilə, xüsusən Pakistan respublikasının hərbçiləri ilə qarşılıqlı təlimlərin keçirilməsidir. Silahlı qüvvələrimiz Gürcüstanda ikitərəfli, üçtərəfli təlimlərdə daim iştirak edirlər. Eləcə də Azərbaycan hərbi-texniki əməkdaşlıq çərçivəsində İsrail respublikası ilə əməkdaşlıq edir. Eyni zamanda Türkiyənin Müdafiə Sənaye Şirkətləri ilə hərbi əməkdaşlıqlar davam etməsi ordumuzun güclənməsinə səbəb olur. Ona görə də Qafqazda Azərbaycan silahlı qüvələri regionun ən güclü ordusu kimi qiymətləndirilir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...