Dünyada güclü orduların sıralanması aparılır

14:32 24-05-2023 | icon 184 | Siyasət
Dünyada güclü orduların sıralanması aparılır

Şair Ramaldanov: “Azərbaycan ordusu sülhün bərpası və davamlılığının qarantı kimi qəbul olunmalıdır

 

Artıq 44 günlük müharibədən ötən iki il müddətində hərbi sahədə aparılan ciddi islahatlar Azərbaycan ordusunun daha da inkişafını hədəfləyib”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov beynəlxalq hərbi gücə dair məlumatlar toplayan ABŞ-ın statistik saytı “Global Firepower”-in 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısında Azərbaycan Ordusunun 56-cı yerdə göstərilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Qeyd edək ki, bu siyahı hazırlanarkən ölkə ordularının texnoloji inkişafı, insan gücü, uzun müddət meydanda qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb.

 

Ekspert bildirib ki, ABŞ-ınGlobal Firepowersaytı ordularla bağlı statistik məlumat toplayan və təhlil edən çox nüfuzlu bir qurumdur. Onun sözlərinə görə, belə statistik göstəricilər 60 əmsal üzərindən araşdırılaraq ortaya çıxarılır və hərtərəfli məlumatlar əsasında dünyada güclü orduların sıralanması aparılır:

 

“Azərbaycan Ordusunun həmin saytın təhlillərinə əsasən müharibədən əvvəl 50-ci yerdə qərar tutduğunu qeyd edən ekspert, bugünkü sıralamadakı 56-cı yerin 100-dən çox ordular sırasında müəyyən edilməsini, eləcə də post-müharibə dövrünün keçid mərhələsi ilə müqayisələr aparmaqla normal və yüksək göstərici hesab edib”.

 

Ş.Ramaldanov qeyd edib ki, bu gün Azərbaycan Ordusunda xüsusi təyinatlı dəstələrinin, Komondo briqadaların yaradılması və aparılan islahatlar Azərbaycan ordusunun inkişafından xəbər verir:

 

“Azərbaycan ordusunun şəxsi heyəti həm də müharibə təcrübəsindən çıxmış bir heyətdir. Zabit, komandir heyətinin demək olar ki, 90 faizdən yuxarısı müharibə iştirakçısıdır. Bu da Azərbaycan ordusunun peşəkarlığından xəbər verir. Çünki nə qədər təlimlər, məşqələlər keçirilsə də, döyüş təcrübəsi ordunun inkişafında xüsusi əhəmiyyət kəsb edir”. 

 

Ş.RAmaldanov eyni zamanda bildirib ki, bu gün Azərbaycanda Ordunun silahlandırılmasına, müasir silahlarla təhciz edilməsinə mühüm yer ayrılır. Orduda aparılan islahatlar müstəvisində Azərbaycan NATO bloku içərisində ən güclü ordular sırasında yer tutan Türkiyə Ordu modelini seçib. Azərbaycan ordusu müasir silahlarla silahlanmış, müasir təhcizatlarla təmin edilib:

 

“Ordumuz qabaqcıl islahatların nümunələrinin təcrübəsini alıb. Belə olduğu halda Ordumuzun siyahıda aldığı yerin üstündə öz yüksək mövqeyini tutacağı şübhəsizdir. Bu həm bizim dostlarımız üçün, həm də düşmənlərimiz üçün bir mesajdır”.

 

Hərbi ekspert bildirib ki, ordumuz güclüdür və belə bir siyahıda yüksək ordular sırasında dayanması müsbət perspektivdən xəbər verir. Azərbaycan Silahlı qüvvələrinin müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev müharibədən sonra Azərbaycan ordusunun inkişaf etdiriləcəyi ilə bağlı öz bəyanatını verib:

 

“Azərbaycana ən nüfuzlu inkişaf etmiş hərbi sənaye komplekslərinin məhsulları gətirilir. Bunların içərisində ilk sırada Türkiyə dayanır. Türkiyə hərbi sənaye kompleksinin bütün zirehli texnika istehsalı -tanklar, zirehli maşınlar, pilotsuz uçuş aparatları və sair elə bir sahə yoxdur ki, dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənayesi ilə rəqabət apara bilməsin. Bizim hərbi texniki əməkdaşlıq eyni zamanda İsrailin hərbi sənaye kompleksi ilə aparılır. Bundan başqa, hardasa 10-a yaxın ölkə ilə hərbi-texniki əməkdaşlıq aparılır. Eləcə də hava hücümunun müdafiəsi ilə bağlı Belarusiya ilə, həmçinin Rusiya və hərbi sənaye istehsalı bazarında 1-cilər sırasında olan digər ölkələrlə əməkdaşlıqlarımız var. Bu da onu göstərir ki, Azərbaycan ordusu öz ölkəsinin hərbi inkişafını təmin edir. Ali Baş Komandanın Şuşada ulu öndərin 100 illiyi ilə bağlı xalqa müraciətində - “Azərbaycan ordusuna nə lazımdırsa, onu da edəcəyik” söyləməsi Azərbaycan ordusunun gücləndirilməsinin prioritet olduğunu göstərir. Ona görə də dostlarımız sevinir, düşmənlərimiz məyus olur”.

 

Ş.Ramaldanov hesab edir ki, Azərbaycan ordusunun inkişafının təmin edilməsi təhlükəsizliyin təminatı, bölgəfə sülhün qoruyucusu olmaq əzmində olduğunu ifadə edir. Ekspert bildirib ki, Azərbaycanın yolu bölgədə sülhün yaradılması, iqtisadi potensialın yüksəlməsi, erməni işğalı, vandallığı nəticəsində dağıdılan ərazilərimizin bərpası, infrastrukturun yenidən qurulması bərpası yoludur.

 

Ekspert hesab edir ki, xarici təsirləri, gərginlik yaratmaq istəyən qüvvələri, Ermənistanın davam edən revanşist niyyətlərini nəzərə alsaq, Azərbaycan Ordusunun inkişafı regionun təhlükəsizliyi baxımından əsas faktor kimi qəbul edilməlidir:

 

“Azərbaycan Silahlı Qüvvələrinin inkişafı heç bir ölkənin işğalı üçün nəzərdə tutulmayıb. Azərbaycan ordusunun inkişafı öz torpaqlarını qorumaq və burada gedən inkişaf prosesinin qarantı kimi çıxış etməkdir. Güclü Azərbaycan ordusu sülhün bərpası və davamlılığının qarantı kimi qəbul olunmalıdır. Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsini də nəzərə alsaq bu, Azərbaycanın gücünü qat-qat artırır. Bu mənada Müzəffər Ali Baş Komandan Azərbaycanın hərbi gücünün inkişaf etdiriləcəyini bəyan edərək, sonrakı yol xəritəsini də müəyyən edib”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ