"Bu münaqişə böyük güclərə lazımdır"

09:29 27-05-2023 | icon 151 | Siyasət
"Bu münaqişə böyük güclərə lazımdır"

 

"Ermənistanın Moskva danışıqlarından dərhal sonra və Kişinyov danışıqlarından öncə Zəngilanla sərhəddə həyata keçirdiyi diversiyası bu prosesin sadə məsələ olmadığını göstərir. Bunun həm regional, həm də qlobal dəstəkləyiciləri var. Ona görə də istənilən müstəvidə keçirilən görüşlərin, müxtəlif qütblərdən təmsil olunan vasitəçilərin nizamlama prosesində olması belə, burdakı təxribatları dayandırmır".

 

Bunu Versus.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması ilə bağlı açıqlamasında bildirib.


Ekspert bildirib ki, Moskva görüşündən sonra, Kişinyov görüşü öncəsi "Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyən, Zəngəzur dəhlizi məsələsi ilə bağlı özünü biabır edən Paşinyanın Zəngilan istiqamətindən öz diversiya qrupunu hərəkətə keçirməsi danışıqların əhəmiyyətini azaltmağa yönəlib.

"Əslində bu münaqişə böyük güclərə lazımdır. Eləcə də Rusiyanın Ermənistanın silahlı qüvvələri içərisində olan fərqli qüvvələrə lazımdır. Həmin qüvvələr bu vəziyyəti münaqişə statusunda saxlamaqda maraqlıdır. Məsələnin həll olunması heç də gizli güclərin, regionda marağı olan qüvvələrin gündəliyində deyil. Ona görə də Ermənistanın davranışları təəccüblü deyil".

Ə.Musrafa qeyd edib ki, Moskva görüşündə Paşinyanın davranışlarına diqqət çəksək, bir daha əminlik yaranır ki, hətta Ermənistanın ən "demokratiki" Paşinyan bu qədər riyakar, məkirli, qərəzlidirsə, anti Azərbaycan, Antitürk ovqatlıdırsa, o zaman digər antidemokratik ermənilərin hansı təbəkkürdə olduğu aydın görünür. Bu mənada Ə.Mustafa hətta sülh müqaviləsi bağlanılsa belə, erməni diversiyası, təxribatları davam edəcək.

"Ona görə də Azərbaycan beynəlxalq hüquqla tanınan haqqını bərpa etmək üçüm özünün hərbi, siyasi, iqtisadi gücünə güvənməli, məhz bu kontekstdə çıxış etməlidir. Və Prezidentin Moskva görüşündə Paşinyana "Zəngəzur dəhlizi" ilə bağlı keçdiyi dərsdən hər kəs ibrət götürməlidir".

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...