18 metrlik “ördək”

23:00 12-06-2023 | icon 241 | Maraqlı
18 metrlik “ördək”

Bu gün Honkonqdakı Viktoriya Limanında “Florentin Hoffmannın iki ördəyi” instalyasiyasının açılışı olub. Bu dəfə ördək balaları iki dənə olub. Hollandiyalı rəssam bunun ikiqat şans gətirdiyini deyib.

 

Ancaq açılışdan bir neçə saat sonra quşlardan birinin havası boşaldılıb. Təşkilatçılar bunu anomal isti ilə izah ediblər. Onların sözlərinə görə, fiqurun daxilində hava təzyiqinin artması səbəbindən 18 metrlik rezin ördəklərdən birinin səthi həddindən artıq dartılıb. Potensial risklərdən qaçmaq üçün dərhal onu boşaltmaq qərarı alınıb.

 

 

Fiqur boşaldıqdan sonra sahildə şəkil çəkdirmək istəyənlərin sayı daha da artıb. Sonradan təşkilatçılar onu yenidən şişirtməyə, ya da yedəkləməyə cəhd etməyiblər.

 

Qeyd edək ki, nəhəng sarı ördək formasındakı quraşdırma 2007-ci ildə Hoffmann tərəfindən yaradılıb. Müəllif layihəsinə görə, quş dünyanı gəzməli və Yer kürəsinin müxtəlif yerlərində görünməlidir.

 

2013-cü ilin sentyabrında ördək Bakıda da olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək