Ölümdən sonra beyində baş verənlər

23:00 16-06-2023 | icon 247 | Maraqlı
Ölümdən sonra beyində baş verənlər

Uzun müddətdir ki, tədqiqatçılar insanın ölüm anında və ondan dərhal sonra beyində nə baş verdiyini anlamağa çalışırlar.

 
 
Həyatı üçün ciddi təhlükə ilə üzləşən xəstələrin 11-də beyində müxtəlif hadisələr, impulslar qeydə alınıb. Bunlar travmatik beyin zədəsi, qəza və ya əməliyyat zamanı komaya düşənlər idi.
 
 
Ölümə yaxın təcrübələrin mənşəyi ilə bağlı ən çox yayılmış fikir budur ki, bütün bu hisslər ürəyin dayanması ilə oksigen çatışmazlığı səbəbindən beyində meydana gələn bir növ hallusinasiyalardır.
 
 
Beyinin elektrik fəaliyyəti elektroensefaloqramma vasitəsilə qeydə alınır - alfa, beta, qamma və digər ritmlər fərqləndirilir. Zehni fəaliyyət, yuxu və beyində baş verən digər proseslər üçün müxtəlif tezlik ritmləri xarakterikdir.
 
 
Bəzi müşahidələr göstərir ki, ürək dayanmasından sonra beyinin idrak xüsusiyyəti bir az qorunub saxlanılır.
 
 
2013-cü ildə siçovullar üzərində aparılan təcrübədə heyvanların ürəyi dayanandan sonra beyin 30 saniyə işləyirdi. Tədqiqatçılar qeyd edirlər ki, qeydə alınan aktivlik beynin müxtəlif hissələrində baş verib və hətta oyaq olandan daha yüksək olub.
 
 
İnsanlarda bu dalğalar xatirələrlə də əlaqələndirilir və buna görə də ölümdən əvvəl bir insanın həyatının müxtəlif hadisələrini görməsi mümkündür. Kliniki ölüm keçirənlərin bəziləri məhz bundan danışır. /medicina/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ