Rusiyanın paytaxtında güclü YANĞIN
Rusiyanın paytaxtında güclü yanğın başlayıb. Hadisə Moskvada Mərkəzi Mexaniki Təmir Zavodunun ərazisində qeydə alınıb.
İkin məlumata görə, yenidənqurma işləri aparılan bina yanıb.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlarda səmaya uzanan qara tüstü sütunu əks olunub.
Yanğının dəqiq səbəbləri araşdırılır. Zərərçəkənlər barədə məlumat yoxdur.
Xəbər lenti
Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır
Uşaqlar arasında yeni xəstəlik YAYILDI